Mingəçevirdə Dini ekstremizm və onun təzahür formaları mövzusunda maarifləndirici tədbir keçirilib -

Mingəçevirdə “Dini ekstremizm və onun təzahür formaları” mövzusunda maarifləndirici tədbir keçirilib

Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Mingəçevir şəhəri, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində Mingəçevir şəhərində “Dini ekstremizm və onun təzahür formaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, dini icmanın sədri Yusif Yusifov, Mingəçevir şəhər Gənclər və İdman idarəsinin müdiri Kamal Nəcəfli, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, keçiriləcək bütün tədbirlərə DQİDK tərəfindən lazımi köməkliklərin göstəriləcəyini bildirib, həmçinin İslam dünyasında, o cümlədən ölkəmizdə dini ekstremizmin yaranması, yayılma xüsusiyyətləri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Digər çıxış edənlər dini ekstremizmin fəsadlarından, İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri, dini ekstremizmə qarşı mübarizə üsulu kimi qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən və gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirməkdə dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs ediblər.
Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, həmçinin icmaya ayrılmış maliyyə vəsaiti hesabına nəşr edilmiş müxtəlif dini təyinatlı ədəbiyyatlar, o cümlədən “Qurani-kərim”in Azərbaycan dilinə tərcüməsi iştirakçılara paylanılıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !