Müğənni Sevinc Musayeva Göygöl şəhərində - FOTO

Müğənni Sevinc Musayeva Göygöl şəhərində FOTO

Təəssüratlarını AZpressAZ-la paylaşan müğənni Göygöldən yüksək əhvali-ruhiyyə ilə qayıtdıqlarını bildirdi:
“Doğrudan da, torpaqlarımızın keşiyində mərdi-mərdanə dayanan və gecə-gündüz gözlərini qırpmadan vətəni qoruyan igid əsgərlər qarşısında konsert vermək, bir neçə saatlıq da olsa, onları feyziyab etmək hər bir sənət adamı üçün fəxarətdir. Həftəsonu biz əsgərlər qarşısında 3-4 saatlıq geniş, rəngarəng konsert proqramı ilə çıxış etdik. Mənəvi cəhətdən əsgərlərimizi ruhlandırdıq. Konsertin sonunda mən “Cənəb leytenant” mahnısını ifa etdim. . Həmin an əsgərlər arasında böyük coşqu yaşandı. Ermənilərlə çox yaxın məsafədə idik və əminəm ki, onlar da bu musiqinin sədalarını eşidirdilər. Bu coşqunu sözlə ifadə etmək çox çətindir. Həmin vaxt çox təsirləndim”.

Müğənni konsert zamanı xalq mahnıları, vətənpərvərlik mövzusuna həsr olunmuş mahnılarla bərabər əsgərlərin də sevib xoşladıqları musiqiləri də ifa etdiyini dedi: “Konsertdən sonra əsgərlərimiz bizə yaxınlaşıb fotolar çəkdirdi, arzu və istəklərini söylədilər. İnanın ki, mən bu konsertdən və əsgərlərimizlə görüşdən aldığım zövqü heç bir konsertimdə almamışdım”.

Qeyd edək ki, müğənni Sevinc Musayeva əsgərlər qarşısında baş tutan konsert proqramında bir qrup müğənni də çıxış ediblər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !