Şəkidə Həyatla oyun adlı maarifləndirici tamaşa nümayiş olunub - FOTO

Şəkidə “Həyatla oyun” adlı maarifləndirici tamaşa nümayiş olunub FOTO

Şəki şəhərindəki Səməd Vurğun adına folklor evində Bakı Uşaq Teatrının hazırladığı “Həyatla oyun” adlı maarifləndirici tamaşa nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə hazırlanan tamaşanın ssenari müəllifi Arzu Soltan, rejissoru İntiqam Soltandır.

Tamaşa insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq, sağlam həyat tərzini yeni üsullarla təbliğ etmək məqsədi daşıyır. Tamaşada cərəyan edən hadisələr real həyatdan götürülüb. Səhnə əsəri gənclərdə narkomaniyanın doğurduğu fəsadlar, QİÇS və bir sıra başqa xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !