Mingəçevirdə dini radikalizmin qarşısının alınması məsələləri müzakirə edilib -

Mingəçevirdə dini radikalizmin qarşısının alınması məsələləri müzakirə edilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə maarifləndirmə tədbirləri keçirilir. Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Mingəçevir şəhəri, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində Mingəçevir şəhərində “Dini radikalizmin qarşısının alınmasında ənənəvi islam dəyərlərinin rolu” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Abbasov, dini icmanın sədri Yusif Yusifov, Mingəçevir şəhər Ağsaqqallar Şurasının üzvləri, din xadimləri, dini icmanın üzvləri, ziyalılar, gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mingəçevir kənd “Cümə” məscidi dini icmasının və Mingəçevir şəhər Ağsaqqallar Şurasının üzvü Allahverdi Əliyev layihə çərçivəsində həyata keçirilmiş maarifləndirmə tədbirlərinin əhəmiyyəti və mövzu barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, həmçinin, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Daha sonra “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşviq Nəcəfov mövzu ilə bağlı ətraflı çıxış edərək, dini radikalizm, dini ifratçılıq və dini ekstremist şəxslər və onlarla ənənəvi İslam dəyərlərini qorumaqla mübarizə aparılması barədə fikirlərini tədbir iştirakçılarına çatdırıb. Daha sonra Mingəçevir şəhər Ağsaqqallar Şurasının üzvü Qəşəm İsmayılov, şair-tədqiqatçı Əbülfət Həsənoğlu, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının üzvü Rəfail İsmayılov da mövzu ilə bağlı çıxış ediblər. Çıxış edən natiqlər dini radikalizmin fəsadlarından, ənənəvi islam dəyərlərinin radikal və ekstremist düşüncədən uzaqlaşmadakı rolu, həmçinin, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirmədə dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda icmaya ayrılmış maliyyə vəsaiti hesabına nəşr edilmiş müxtəlif dini təyinatlı ədəbiyyatlar, o cümlədən “Qurani-kərim”in Azərbaycan dilinə tərcüməsi iştirakçılara paylanılıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !