Mingəçevir şəhərində Turizm – mədəniyyətimizin müasir təbliğat strategiyası mövzusunda interaktiv seminar keçirilmişdir -

Mingəçevir şəhərində “Turizm – mədəniyyətimizin müasir təbliğat strategiyası” mövzusunda interaktiv seminar keçirilmişdir

6 may 2016-cı il tarixində Mingəçevir Turizm Kollecində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İş planında nəzərdə tutulmuş “Regionlarda mədəniyyət sahəsi üzrə ixtisaslaşmış KİV nümayəndələri ilə seminarlar” çərçivəsində “Turizm – mədəniyyətimizin müasir təbliğat strategiyası” mövzusunda interaktiv seminarı habelə Mərkəzin rəsmi saytının və facebook səhifəsinin təqdimatı keçirilmişdir.

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun, müəllim və tələbə heyətinin, tanınmış KİV nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə həmçinin Mərkəzin rəsmi saytı təqdim olunmuşdur. Məqsəd mədəniyyətimizin təbliğində regional KİV nümayəndələri ilə sıx əməkdaşlığın yaradılması, genişləndirilməsi və gənclərin turizm və mədəniyyətimizə daha yaxın olub onlarin fəal təbliğatçıları olmasıdır.

Tədbir zamanı mövzu ətrafında Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdiri Sənan Talıbov və “Azərtac” İnformasiya Agentliyin nümayəndəsi Zərəngiz Mansurova çıxış etmişlər.

Təqdimat mərasimində Mərkəzin saytı və facebook səhifəsinin xəbərlərindən faydalanmaqdan, əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, müasir dövrdə milli irsimizi, mədəniyyətimizi əlverişli şəkildə təbliğ edib ictimaiyyətə çatdırılmasında internet resurslarının əhəmiyyətindən danışılmışdır.

Mövzu ətrafında fikir mübadiləsi və tələbələrin iştirakı ilə interaktiv nümayiş göstərilmişdir.

Tədbirin sonunda Mərkəzin direktoru tərəfindən kollecin direktoruna tədbirin keçirilməsində yaratdığı şəraitə görə təşəkkürnamə məktubu və Diplom təqdim edilmişdir. Bununla yanaşı, tanınmış KİV nümayəndələri və seminarda feal iştirak edən tələbələr təltif olunmuşlar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !