Məktəblilər arasında intellektual yarış başa çatdı - FOTO

Məktəblilər arasında intellektual yarış başa çatdı FOTO

Gənclər üçün Təhsil Mərkəzinin, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Mingəçevir şəhərində məktəblilər arasında bir neçə gün bundan öncə başlayan intellektual yarışın final mərhələsi keçirilmişdir.
Komandalar arasında keçirilən qızğın yarışmanın nəticəsində Mingəçevir şəhərində fəaliyyət göstərən “İstək” liseyinin şagirdləri birinci, 11 nömrəli məktəbin şagirdləri ikinci, 7 nömrəli məktəbin şagirdləri isə üçüncü yerin qalibi oldular.
Qeyd edək ki, yarışın əsas məqsədi məktəblilərin dünyagörüşünü zənginləşdirmək, onların intellektual səviyyəsini qiymətləndirmək, peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdir.
Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov və Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli komandaları intellektual yarışda göstərdikləri nəticələrinə görə təbrik edərək, onlara mükafatları təqdim etdilər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !