Opera və Balet Teatrının sənətçiləri Qırğızıstanda çıxış edəcəklər -

Opera və Balet Teatrının sənətçiləri Qırğızıstanda çıxış edəcəklər

Mayın 15-dən 21-nə kimi olan müddətdə A.Maldıbayov adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında IV Beynəlxalq balet festivalı keçiriləcəkdir. Festival Qırğızıstanda xoreoqrafiya sənətinin əsasını qoyan görkəmli balet ustası, SSRİ Xalq artisti B.Beyşenaliyevanın 90 illik yubileyinə həsr olunur. Festivalda bir sıra ölkələrdən olan balet ustaları ilə yanaşı Azərbaycan da nümayəndələr iştirak edəcəklər.

Respublikamızı bu festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solistləri – Azərbaycanın Xalq artisti Gülağası Mirzəyev və Əməkdar artist Nigar İbrahimova təmsil edəcəklər. Onlar festival çərçivəsində baş tutacaq Qala konsertdə Q.Qarayevin “Yeddi gözəl” və A.Adanın “Jizel” baletindən səhnələrlə çıxış edəcəklər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !