Niyaz Niftiyev : - Multikulturalizmdən danışanların 99,9 faizinin məsələyə qəti aidiyyatı yoxdur

Niyaz Niftiyev : Multikulturalizmdən danışanların 99,9 faizinin məsələyə qəti aidiyyatı yoxdur

REDAKTORDAN:

Hərdən sosial şəbəkədə elə aktual polemikalara rast gəlirsən ki, adam elə istəyir onu olduğu kimi xəbər saytında yayımlasın...Bunlardan birini Sizlərə təqdim edirik. Amma onu da deyim ki, çoxdandır bu fikir məni də içimdən göynədirdi. Olmaz da bizdəki bu kompaniya xarakterli tədbirlərin baş alıb getməsindən. Elə demək olar ki, hamı , "başı çıxdı-çıxmadı" , dəftərə bir "quş" qoymaq xətrinə qoşulub eee bu axına...!

 

Ölkədə multikulturalizmlə bağlı hər gün 5-6 tədbir keçirilir. Yeri gəldi, gəlmədi... Artıq bezmişik şablon ifadələrdən. Multikulturalizmdən danışanların 99,9 faizinin məsələyə qəti aidiyyatı yoxdur. Hamısını izləyirəm, geri dönüb bu günədək məşğul olduqları sahəni araşdırıram, fəaliyyətləri boyu multikulturalizmin "M"sından belə xəbərləri olmayıb. Amma di gəl elə danışırlar ki!.. AMEA-da bu sahə ilə illərdir məşğul olan şöbə var, o şöbənin əməkdaşlarının birini belə irəli çıxarmırlar ki, problemin akademik izahını insanlara çatdırsınlar. Vallah belə olmaz, belə getmez, kənardan çox gülməli görünürsüz.


NİYAZ NİFTİYEV

 

 

***

 

  

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !