Mingəçevir şəhər Tarix muzeyində İgid əsgər adlı dəyirmi masa keçirildi - FOTO

Mingəçevir şəhər Tarix muzeyində “İgid əsgər” adlı dəyirmi masa keçirildi FOTO

Mingəçevir şəhər Tarix muzeyində 11 May 2016-cı il tarixində Hərbi Vətənpərvərlik mövzusunda “İgid əsgər” adlı dəyirmi masa keçirildi.

Tədbirdə N saylı Hərbi Hissənin bir qrup əsgər və zabitləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Nofər Məmmədəliyev günü-gündən çiçəklənən Azərbaycandan, onun güclü və qüdrətli ordusundan və bu ordunun təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğndan danışdı.

Sonra Hərbi Hissə komandirinin şəxsi heyət üzrə müavini Mayor Məmmədov Vusal söz açaraq ordudakı nizam-intizamdan, əsgərlərdəki ruh yüksəkliyindən danışdı.

“Ali baş komandan İlham Əliyevin göstərişi olarsa torpaqlarımızı düşmən tapdağından azad edərik” deyə orduda olan əhval ruhiyyədən danışdı.

Sonda muzeyə ekskursiya edildi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !