Şəki şəhərində Narkomaniya bəşəri problemdir mövzusunda tədbir keçirilib -

Şəki şəhərində “Narkomaniya bəşəri problemdir” mövzusunda tədbir keçirilib

Mayın 13-də Şəki İslam Mədrəsəsində “Narkomaniya bəşəri problemdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin aparıcı məsləhətçisi Elvin Qarayev, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı Anar Xalıqov, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki İslam Mədrəsəsinin müdiri Rəhman Nuruiev, mədrəsə şagirdləri, müəllimlər və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki İslam Mədrəsəsinin müdiri Rəhman bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı mübarizənin vacibliyi və bu istiqamətdə maarifləndirici tədbirlərin önəmli rolundan danışıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev mövzu ilə bağlı çıxış edərək bildirib ki, narkomaniya insan səhhəti ilə yanaşı, cəmiyyətin özəyi olan ailə dəyərlərinə də ağır zərbə vurur və ağır sosial problemlərə yola açır.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru Anar Xaliqov narkomaniyanın bir sosial bəla olaraq orta çıxması, “ağ ölüm”ün yayılmasının millətin sağlam həyat tərzi üçün təhlükə törətməsi, ağır xəstəliklərə, cinayət əməllərinə yola açması haqqında tədbir iştirakçılarına geniş məruzə edib. Natiq bildirib ki, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qanunvericilik çərçivəsində davamlı tədbirlər həyata keçirilir. Lakin bununla yanaşı, profilaktik və maarifləndirmə işlərinin aparılması da xüsusi əhəmiyyət kəsb edir.
Sonda iştirakçılarının maraqlandıran suallar cavablandırılıb.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !