YAP Qadınlar Şurasının təşkilatçılığı ilə Multikultural dəyərlər və Azərbaycançılıq mövzusunda tədbir keçirildi - FOTO ( AZpress.AZ - İlkin Həmidov )

YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “Multikultural dəyərlər və Azərbaycançılıq” mövzusunda tədbir keçirildi FOTO ( AZpress.AZ - İlkin Həmidov )

13 may 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “Multikultural dəyərlər və Azərbaycançılıq”mövzusunda tədbir keçirildi.
Tədbirdə Milli Məclisi üzvü, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Fətəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Sədaqət Qəhrəmanova, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP-ın Binəqədi, Abşeron rayonlarının və Sumqayıt şəhər təşkilatlarının fəal qadınları iştirak etdilər.
Tədbirdən öncə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin rayon təşkilatının binası qarşısında ucaldılmış büstü önünə güllər düzüldü, ulu öndərin əziz xatirəsi ehtiramla yad edildi.
Tədbiri giriş sözü ilə açan Ramiz Göyüşov Azərbaycanda mövcud olan multikulturalizm mühitindən, onun uzun illər boyu davam etdirilməsindən və xalqımızın bu müqəddəs amallara hər zaman sadiqliyindən bəhs etdi. Multikulturalizm siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün dövlət başçısı cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini söylədi. Ölkəmizdəki multikulturalizm dəyərlərinin günbəgün artdığını və bunun bütün dünya ölkələrinə nümunə olduğunu vurğuladı. Bu siyasətin bundan sonra da davam etdirilməsi və gələcək nəsillərə aşılanması istiqamətində görülən işlərdən, həyata keçirilən çoxsaylı tədbirlərdən danışdı.
Tədbirdə çıxış edən Sevinc Fətəliyeva multikulturalizm mövzusunun aktuallığından danışaraq YAP Qadınlar Şurasının bu mövzu ətrafında silsilə tədbirlər keçirdiyini bildirdi. O, Prezident cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin səbəbsiz olmadığını, multikulturalizm dəyərlərinin qorunması və təbliğinə dövlət tərəfindən yüksək diqqət, qayğı göstərildiyini qeyd etdi. Ölkəmizdə dilindən, dinindən, irqindən asılı olmayaraq bütün xalqların nümayəndələri üçün yaradılan yüksək şəraitdən bəhs etdi. O, Azərbaycanda kilsələrin, sinaqoqların tikintisinə dövlət vəsaitinin ayrıldığını, onların sərbəst və daha rahat ibadət etmələri, yaşamaları üçün hər cür şəraitin yaradıldığını bildirdi. Sevinc Fətəliyeva həmçinin Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətindən geniş bəhs etdi.
Tədbirdə çıxış edən Sədaqət Qəhrəmanova Azərbaycanın özünəməxsus multikulturalizm dəyərlərinin olduğunu və bu dəyərlərin daim qorunduğunu söylədi. O, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirləri, idman yarışılarını nümunə göstərərək Azərbaycanın bununla bütün Avropaya və dünyaya qucaq açdığını bildirdi. Avropanın multikulturalizm dəyərləri ilə bağlı Azərbaycan təcrübəsindən yararlandığını və bu siyasətin bundan sonra uğurla, məqsədyönlü şəkildə davam etdirilməsinin əhəmiyyətini vurğuldı. Bu istiqamətdə YAP qadınlarının, ölkəmizin ziyalı qadınlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. Hər bir vətəndaşın bu işə səfərbər olunmasının və bu dəyərlərin təbliğinə böyük əmək sərf etməsinin əhəmiyyətini qeyd etdi.
Tədbirdə YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, YAP Abşeron rayon Təşkilatı Qadınlar Şurasının sədri Təyyubə Hüseynova, YAP Sumqayıt şəhər Təşkilatı Qadınlar Şurasının üzvü Səkinə Sadıqova, Rus İcmasının nümayəndəsi Tatyana Məmmədova çıxış edərək multikulturalizm siyasətinin dövləti siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğuladılar. Ölkə prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi multikulturalizm Azərbaycanda həyat tərzdir və burada müxtəlif xalqların nümayəndələri birgə, mehriban şəraitdə yaşayırlar. Onların sözlərinə görə tarixən Azərbaycanda multikultural dəyərlər qorunub, bunu müxtəlif klassiklərimizin, intibah dövrü yazarlarının, maarifçi-demokratların əsərlərindən də aydın görmək olar.
Tədbir mövzu ətrafında müxtəlif müzakirələrin aparılması ilə yekunlaşdı.


FOTO: İlkin Həmidov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !