Şəkidə Tolerantlıq, dövlət-din münasibətləri və dinlərarası dialoq mövzusunda maarifləndirici tədbir keçirilib -

Şəkidə “Tolerantlıq, dövlət-din münasibətləri və dinlərarası dialoq” mövzusunda maarifləndirici tədbir keçirilib

 Mayın 16-da Şəki Şəhər İcra Hakimiyyətinin, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin və Şəki şəhər təhsil şöbəsinin birgə təşkilatçılığı ilə məktəb şagirdləri üçün dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti barədə növbəti maarifləndirici tədbir keçirilib.
Şəhər 5 №-li tam orta məktəbdə keçirilən tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov çıxış edərək dövlətin din sahəsində siyasətinin əsas prinsiplərini sadalayaraq onun mahiyyətini şagirdlərə çatdırıb. Qeyd olunub ki, bu gün ölkəmizdəki dövlət-din münasibətlərinin mövcud səviyyəsi nümunəvi model kimi qiymətləndirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün həmin münasibətlər özünün ən yüksək səviyyəsindədir.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxış edərək dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verib. Bildirilib ki, son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilməkdədir. Qeyd olunub ki, ölkədə 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb. Bütün bunlar isə bir daha Azərbaycanda dinlərin bərabər yaşaması üçün bütün imkanların yaradıldığından xəbər verir.
Şəki şəhər təhsil şöbəsinin nümayəndəsi Cumay Kərimov çıxış edərək bildirib ki, xalqımızın tolerantlıq keyfiyyətindən sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüzün qurbanları arasında tarixi-dini abidələrimiz, fərqli dini konfessiyaların və müxtəlif xalqların mənsubları da vardır.
Tədbirdə “Azərbaycan - tolerantlıq nümunəsi” adlı video-çarx nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !