Gənclərin rəsmləri və əl işləri sərgilərdə nümayiş etdiriləcək -

Gənclərin rəsmləri və əl işləri sərgilərdə nümayiş etdiriləcək

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Mən də cəmiyyətin bir parçasıyam!” adlı layihənin icrasına start verib.
Layihənin məqsədi Sabirabad rayonunda xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclərin bilik və bacarıqlarının, peşə və ixtisas seçimlərinin artırılmasına kömək etməkdən ibarətdir. Birlik sözügedən layihə çərçivəsində Sabirabad rayonunda mövzu ilə bağlı yeniyetmə və gənclərlə görüşlərin keçirilməsini, onların iştirakı ilə rəsm və əl işlərindən ibarət sərgi keçirməyi planlaşdırır. 3 ay davam edəcək layihə dövründə yeniyetmə və gənclər maarifləndiriləcək, köynək və bukletlərlə təmin olunacaqlar. Çap olunmuş nəşrlər ictimai yerlərdə, məktəblərdə və digər müəssisələrdə paylanacaqdır.
Sabirabad rayonunda həyata keçirilən layihədən ümumilikdə 200-dən artıq yeniyetmə və gənc faydalanacaq.
Sonda milli musiqimizi, adət-ənənələrimizi, milli dəyərlərimizi yeniyetmə və gənclər arasında təbliğ etmək məqsədilə simli, nəfəs və zərb musiqi alətlərinin ifasında konsert proqramı təşkil ediləcək.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !