Gəncə şəhərində kibertəhlükəsizlik məsələlərinə dair layihənin icrasına başlanıldı -

Gəncə şəhərində kibertəhlükəsizlik məsələlərinə dair layihənin icrasına başlanıldı

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanda informasiya cəmiyyətinin inkişafı mərhələsində kibertəhlükəsizlik məsələləri ilə bağlı həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi” layihəsi 2016-cı ilin may ayından etibarən icra olunmağa başlanmışdır.

Ölkəmizdə informasiya cəmiyyətinin inkişafı mərhələsində kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədini daşıyan bu layihə çərçivəsində Gəncə şəhərinin ictimaiyyət nümayəndələrinin, xüsusilə Gəncə şəhərində fəailyyət göstərən universitetlərin informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan əməkdaşlarının və tələbələrinin kibertəhlükəsizlik məsələləri ilə bağlı məlumatlandırılması və maarifləndirilməsi nəzərdə tutulur.


Bu məqsədlə layihə çərçivəsində həyata keçiriləçək 5 dəyirmi masa tədbiri nəticəsində 250 nəfər respublikamızın qərb bölgəsinin elm və təhsil müəssisələrinin, dövlət və biznes strukturlarının İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində çalışan əməkdaşları və tələbələr
Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, milli kibertəhlükəsizlik sisteminin mohkəmləndirilməsi, o cümlədən bu sahədə aparılan islahatlar, dövlət və biznes strukturlarının, təşkilatların və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər, milli kibetəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlıq fəaliyyəti, həmçinin beynəlxalq informasiya portallarında Azərbaycanın tarixinə, mədəniyyətinə və Qarabağ həqiqətlərinə aid elektron informasiyaların yerləşdirilməsi məsələləri barəsində çox əhəmiyyətli və mühüm bilgilər əldə edəcəkdirlər.

Bununla bağlı müvafiq beynəlxalq və milli strukturların ekspertlərinin iştirakı ilə Gəncə şəhərində, may-sentyabr 2016-cı il dövründə aşağıda göstərilən mövzularda dəyirmi masa tədbirləri təşkil ediləcəkdir:

• Müasir informasiya dövründə kibertəhlükəsizlik: Problemlər və perspektivlər.

• Azərbaycanın milli kibertəhlükəsizlik sisteminin mohkəmləndirilməsi: Mövcud
vəziyyət, yeni yanaşmalar və islahatlar.

• Dövlət və biznes, təşkilatlar və fərdlərin formalaşmış elektron informasiya resurslarının
qorunması: Kibertəhdidlər, risklər və problemlər.

• Milli kibetəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində Azərbaycanın NATO,
Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlıq fəaliyyəti.


Ÿ Beynəlxalq informasiya portallarında Azərbaycanın tarixinə, mədəniyyətinə və Qarabağ
həqiqətlərinə aid elektron informasiyaların monitorinqi və həqiqi informasiyaların
yerləşdirilməsi metodları.


Layihə çərçivəsində icra edilən fəaliyyətlər nəticəsində Azərbaycan Dövlətinin kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi islahatlara respublikamızın qərb bölgəsində ictimai dəstəyin gücləndirilməsi üçün zəmin yaradılacaqdır.


Layihə “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” və “Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, "Elektron Azərbaycan 2010-2012-ci illər" dövlət proqramına, Azərbaycanın iştirak etdiyi Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasına, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”sına və “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasına uyğundur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !