Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərgi keçirilir -

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərgi keçirilir

Azərbaycan Rəssamlıq Akademiyasının, Azərbaycan Rəssamlıq Akademiyası nəznində İncəsənət Kollecinin və SOCAR-AQŞ-in təşkilatçılığı ilə 16-18 may 2016-cı il tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərgi keçirilir.
Sərginin açılış mərasimində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbər heyəti ilə yanaşı bir sıra rəsmi şəxslər, sənaye müəssisələrinin nümayəndələri və KİV-i iştirak ediblər.
Sərgidə iki nominasiya üzrə müsabiqə elan olunmuşdur:
1. Heydər Əliyev- Azərbaycan xalqının rifahı uğurundamübarizə
2. Neft sənayesinin inkişaf gənclərin gözü ilə.
Sərgidə nümayiş olunan əsərlər müxtəlif texnika və üslubları əhatə edir. Sərgilənən əsərlər rəngkarlıq, qrafika, qobelen, xalça və digər üslubları ehtiva edir.
Təsviri incəsənətin bütün növlərinə görə ən yaxşı müəllif işləri xüsusi diplomlarla təltif olundular. Bununla yanaşı, sərgiyə qatılan bütün iştirakçılar sertifikatla təltif olunublar. Həmçinin seçilmiş əsərlərin müəliflərinə sərginin baş sponsoru SOCAR-AQŞ-nin korporativ hədiyyələri təqdim olundu.
Ümumilikdə, sərgidə 200-dən artıq əsər nümayiş olunur. Bunlardan 50-yə yaxını rəngkarlıq, 30 əsər qrafika, 47 ədəd xalça, 28 qobelen, 26 keramik və digər üslubda əsərlər 18 may 2016-ci il tarixinədək sərgi sevərlərin ixtiyarındadır.
Sərgidə, həmçinin 2 aprel 2016-cı il Qarabağda baş vermiş dörd günlük müharibədə şəhid olmuş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Samir Kacayevin işi də nümayiş olunmuşdur.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksin Ümumilli liderin xatirəsini əziz tutaraq ənənəvi olaraq hər il davamlı olaraq müxtəlif maraqlı sərgiləri təşkil edir. Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı və sərəncamı ilə 2000-ci ildə yaradılmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !