Şəkidə "Azərbaycandakı multikulturalizm ənənələrinə baxış" mövzusunda sərgi keçirilib - FOTO

Şəkidə "Azərbaycandakı multikulturalizm ənənələrinə baxış" mövzusunda sərgi keçirilib FOTO

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycandakı multikulturalizm ənənələrinə baxış" mövzusunda sərgikeçirilib. Təşkil olunmuş sərgidə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Ruslan Mobili, Şəki mədəniyyət və turizm şöbəsinin müdiri Mirvari Zeynalova,Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Zeyneb Məmmədova, mərkəzin işçiləri, Şəki şəhər 7 nömrəli orta məktəbin təşkilatçı müəllimi Samirə Şəmiyeva, ictimaiyyət və mətbuat nümayəndələri, həmçinin bölgədə yaşayan avar, ləzgi, rus və Alban–udi millətlərinin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki mədəniyyət və turizm şöbəsinin müdiri Mirvari Zeynalova Azərbaycandakı multikulturalizm dəyərləri haqqında məlumat verib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev və Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Zeyneb Məmmədova "Azərbaycandakı multikulturalizm ənənələrinə baxış" mövzusu ətrafında çıxış ediblər.
Daha sonra sərgidə iştirak edən azsaylı millətlərin təmsilçiləri mahnı və rəqslərdən ibarət səhnələr və onlara aid geyimləri, məişət əşyaları, kitabları, rəsm əsərlərini və xalçaları nümayiş etdiriblər.
Sonda sərgidə iştirak edən azsaylı millətlərin nümayəndələri həm öz dillərində , həm də azərbaycan dilində çıxış edərək Azərbaycandakı multikultural və tolerant mühitin yaradılmasına görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !