Mingəçevir Turizm Kollecinin 10 illik yubileyi qeyd olunub - FOTO

Mingəçevir Turizm Kollecinin 10 illik yubileyi qeyd olunub FOTO

Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kollecinin 10 illik yubileyi qeyd olunub. Mayın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə Mingəçevir Turizm Kollecinin maddi-texniki bazası və tədris-təlim prosesi ilə tanış olub, müəllim və tələbələrlə görüşüb. Sonra Mingəçevir Dövlət Dram Teatrında keçirilən yubiley mərasimində çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov ölkəmizdə turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan bu təhsil ocağının ötən 10 il ərzində gördüyü işlər, əldə etdiyi uğurlar barədə məlumat verib. Hazırda 12 ixtisas üzrə 1823 nəfər tələbənin təhsil aldığı Mingəçevir Turizm Kolleci tərəfindən davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Şotlandiya, Rusiya, Rumıniya, Fransa, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir, kollecin müəllimləri beynəlxalq təhsil proqramlarının iştirakçısı olaraq böyük təcrübə əldə edirlər. Ötən 10 il ərzində kollecin 5 mindən çox məzunu olub ki, onlar da hazırda turizm sahəsində uğurla çalışırlar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə turizmin inkişafına Mingəçevir Turizm Kollecinin ixtisaslı kadrlar yetişdirməklə böyük tövhə verdiyini qeyd edib. Mingəçevir Turizm Kollecinin dünyanın 10-dan çox ölkəsinin turizm üzrə ali və orta ixtisas təhsili müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, beynəlxalq təhsil proqramlarından bəhrələndiyini deyən nazir Əbülfəs Qarayev kollecin ötən 10 ildəki fəaliyyətini yüksək qiymətləndirib və təhsil ocağının müəllim və tələbələrini yubiley münasibətilə təbrik edib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov çıxış edərək Mingəçevir Turizm Kollecinin ölkəmizdə nüfuzlu təhsil ocaqlarından biri olduğunu qeyd ediblər. Sonra kolleclə Zərdabi Mətbuat Mərkəzinin birgə təşkil etdiyi “Azərbaycan turizm diyarıdır” müsabiqsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Yubiley mərasimi konsert proqramı ilə başa çatıb.
 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )