Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Moskvada İntermuzey – 2016 Beynəlxalq muzeylər festivalında iştirak etmişdir - FOTO

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Moskvada “İntermuzey – 2016” Beynəlxalq muzeylər festivalında iştirak etmişdir FOTO

 Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 13-16 may 2016-cı il tarixlərində Moskvada “İntermuzey – 2016” Beynəlxalq muzeylər festivalında iştirak etmişdir. Festivalda muzeyin təqdim etdiyi ekspozisiyada Azərbaycan milli musiqi alətlərindən başqa, Azərbaycanın muğam, aşıq sənəti, tar ifaçılığı sənəti YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin incisi elan edilməsini göstərən banner, “Qovorim o vas...” (“Sizdən danışırıq...”) adlı rollarlarda XX əsrin əvvələrində başqa mədəniyyətlərlə, o cümlədən, Rusiya və digər MDB ölkələri ilə mədəni əlaqələri əks etdirən çoxlu muzey materialları nümayiş etdirilmişdir. Muzeyin Qədim Musiqi Alətləri Ansamblının üçlüyünün ifasında Azərbaycan musiqisi səslənmişdir. Onların ifasını stend ətrafına toplaşan tamaşaçılar heyranlıqla qarşılamış, rəy kitabında öz təəssüratlarını bildirmişlər. Həmçinin, ansambl Azərbaycan musiqi alətlərində Sergey Prokofyevin anadan olmasının 125 illiyi ilə əlaqədar bəstəkarın “Üç portağala məhəbbət” operasından Marşı ifa etmişlər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Rusiya Federasiyasının Mədəniyyət naziri V.R.Medinskinin imzası ilə “İntermuzey – 2016” festivalında iştirakçı diplomu təqdim edilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !