Musiqili Teatrın aktrisası beynəlxalq müsabiqədə üçüncü oldu -

Musiqili Teatrın aktrisası beynəlxalq müsabiqədə üçüncü oldu

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova Beynəlxalq müsabiqədə ölkəmizi uğurla təmsil edib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət 16-21may tarixlərində Yekatirinburqda keçirilən SSRİ Xalq artisti Vladimir Kuroçkin adına “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”ndən gedir. Gənc aktrisa Aydan Həsənova bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin maddi dəstəyi ilə iştirak edib. Finalda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” əsərindən Gülçöhrənin ariyasını ifa edən Aydan Həsənova “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”ndə 3-cü yeri qazanıb.
Qeyd edək ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutub. Operetta və muzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçirilən müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak ediblər. Müsabiqə Rusiya Federasiyasının Yekatirinburq şəhərində - Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçirilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !