Reinkarnasiya adlı növbəti sərgi keçiriləcəkdir -

“Reinkarnasiya” adlı növbəti sərgi keçiriləcəkdir

Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı muzeyin və gənc rəssamların birgə layihəsi olan “Reinkarnasiya” adlı növbəti sərgi keçiriləcəkdir.
Sərgidə muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunacaq.
Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Qaraca, Emin Qəhrəmanov tərəfindən 15-ə yaxın rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interperetasiyada, müasir baxış konteksində təqdim olunur.
Yubiley çərçivəsində təşkil olunmuş sərginin təqdimatı 26 may 2016-cı il tarixində, saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında keçiriləcəkdir.
Sənətsevərlərin və mütəxəssislərin böyük marağına səbəb olacaq ekspozisiya muzeyin fəaliyyətində və eyni zamanda rəssamların yaradıcılığında yeni bir səhifə açacaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !