"Tolerantlığımızın gələcəyi: 6-16 uşaqları" adlı yaradıcılıq sərgisi keçiriləcəkdir -

"Tolerantlığımızın gələcəyi: 6-16 uşaqları" adlı yaradıcılıq sərgisi keçiriləcəkdir

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ölkəmizdə bu sahəyə olan yüksək dəyərin ən bariz nümunəsidir. Ölkəmizdə "Multikulturalizm ili" çərçivəsində keçirilən silsilə tədbirlərdə uşaq və yeniyetmələrin də iştirakını təmin etmək məqsədilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Tolerant Azərbaycan gənci” layihəsinin davamı olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatı dəstəyi ilə yaradıcılıqda ilk addımlarını atan gələcəyin istedadlı gənc rəssamlarının tolerantlıq və multikulturalizm mövzusuna həsr olunmuş əsərlərindən ibarət "Tolerantlığımızın gələcəyi: 6-16 uşaqları" adlı yaradıcılıq sərgisi keçiriləcəkdir. Uşaq və yeniyetmələr arasında tolerantlığı və multikulturalizmi təbliğ etmək, digər xalqların mədəniyyətləri haqqında məlumat əldə edərək onların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmağı aşılamaq məqsədi daşıyan sərgi layihəsi ilə Azərbaycanda olan multikultural və tolerant mühit uşaq və yeniyetmələrin gözü iləictimaiyyətə təqdim olunacaqdır. Tolerantlıq dinindən, irqindən, milliyətindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşmaq, kömək əlini uzatmaq, yüksək əxlaqi keyfiyyət, bir xoşəməldir. Bugün gələcəkdə xoşbəxt və sülh şəraitində yaşayan dünyanın təməlinin qoyulması yolunda ən vacib addımlardan biri bu keyfiyyətlərin yetişməkdə olan gənc nəsilə aşılanmasıdır. Beləki, gələcək gənclərin əlindədir, düzgün gəncliyin təməli isə uşaqlıqdan qoyulmalıdır. Gənclər hələ erkən yaşlarından başqalarının həyat tərzinə hörmətlə yanaşmaq, birgə yaşamaq mədəniyyəti, dinindən, irqindən, milliyətindən asılı olmayaraq hər kəsə tolerant münasibət bəsləmək kimi fikirlərlə tərbiyyə olunmalıdırlar. Bunları uşaqlara təqdim etmənin ən rəngli yolu isə incəsənətdir. Layihə eyni zamanda onlara müxtəlif mədəniyyətlərlə tanış olaraq öz dünyagörüşlərini zənginləşdirmək imkanı da yaradacaqdır.

 

Müsabiqənin şərtləri;

1.1. “Tolerantlığımızın gələcəyi: 6-16 uşaqları” layihəsi ümumrespublika təhsil məktəblərinin şagirdləri arasında yaradıcılıq müsabiqəsidir.
- Müsabiqədə yaşı 6-dan 16-dək olan uşaqlar və yeniyetmələr iştirak
edə bilər.
- I-XI sinif şagirdləri (məktəb, lisey, gimnaziya, kollec və s.daxil
olmaqla).
- İnternat məktəblərinin şagirdləri.
- Məktəbdənkənar uşaq yaradıcılıq dərnəklərinin üzvləri.

 

1.2. Təqdim olunan yaradıcılıq işlərinin hər biri özündə sülh, dostluq, hörmət, birgə yaşamaq mədəniyyəti, dinindən, irqindən, etnik mənsubiyyətindən, milliyətində asılı olmayaraq hər kəsə bərabər hüququn verilməsi anlayışlarını ehtiva etməlidir.

 

2.1. Seçim prossesi və mükafatlandırma;
- Müsabiqənin qalibləri iki yaş qrupu (6-12, 12-16) olmaqla “Rəsm”,
“Plakat”, “Heykəl”, “Maket” nominasiyaları üzrə münsiflər heyəti
tərəfindən qiymətləndiriləcəkdir.
- Layihənin iştirakçılarının hər biri sertifikat, qaliblər isə xüsusi
mükafat ilə təltif olunacaqdır.

 

Müsabiqənin yekununa həsr olunmuş sərgi Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda təşkil ediləcəkdir. Əsərlər 27 may 2016-cı il tarixinə kimi Azərbaycan Rəssamlar İttifaqında qəbul olunur;

 

Əsərlərlə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır;
şəxsiyyəti təsdiq edən sənədin surəti;
təqdim edilən əsərlərin fotosu (arxasında müəllifin və əsərin adı, ölçüsü, texnikası yazılmaqla).

 

Ünvan: Azərbaycan Rəssamlar İttifaqı, Xaqani küç. 43
Əlaqə: 051 310 43 49
Email: [email protected]
Область прикрепленных файлов

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !