​"Rock!" foto sərgisi -

​"Rock!" foto sərgisi

"Rock!" məşhur fotoqraflar – Rüstəm Hüseynov və Tofiq Rəşidovun müştərək layihəsidir. Təşəbbüs nadir musiqi sənəti və sosial fenomen olan, ölkədə müasir musiqi və sosial mədəniyyətin formalaşmasına təsir edən Azərbaycan rokuna həsr olunur.
Rokruhun gücünün özünəməxsus musiqisi və inanılmaz enerjinin təcəssümüdür. O, cəmi bir neçə on ildir ki, mövcuddur. Amma bu müddətdə xeyli janr yaradıb. Rokçular arasında müxtəlif yaşlı insanları və müxtəlif nəslin nümayəndələrini görmək mümkündür. Onların hamısını musiqinin bu növünə olan maraq birləşdirir.
Bu gün Azərbaycanda rok həvəskarları sərbəst şəkildə əsl canlı roku dinləyə və duya bilirlər. Bu cür rok mühitləri kiçik, bəzən də geniş meydanlarda, klublarda konsertlər halında təşkil olunur.
Rok daim coşqun və emosional hislərin ifasıdır.Bu musiqi növündən ibarət konsertlərin həmişə səs-küylü olmasına baxmayaraq tamaşaçıları daim şən və yüksək enerjili olur. Rok musiqisinin ifası zamanı səhnədə və zaldakılarınxeyli sayda məmnuniyyət və həmrəylik işarələrini görmək mümkündür.
Sərgidə konsert mühitinə aid fotoşəkillər nümayiş etdiriləcək. Şəkillərdə bu musiqi növünü Azərbaycanda yaşadan rok ictimaiyyətinin daha orijinal iştirakçıları və musiqiçilərini də görə biləcəksiniz.
Sərginin açılışı iyunun 2-də cümə axşamı saat 19:00-da“Art Villa” qaleriyasında başlayacaq.
Sərgi 3 gün davam edəcək.
Giriş sərbəstdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !