Proqramlaşdırma sahəsində yeni dövr: SourceGrab -

Proqramlaşdırma sahəsində yeni dövr: SourceGrab

SourceGrab
– Kompüter mühəndisliyinin,əsas da proqramlaşdırma sahəsinin geniş qaynaqlı ensiklopediyasıdır.Bu layihənin yaranma səbəbi sözügedən sahənin inkişafında mümkün qədər iştirak etməkdir.Məhz bu səbəbdən layihə sosial formatda fəaliyyət göstərir. Bildiyimiz kimi IT sahəsində əsas qaynaqlar İngilis dilində qeyd olunduğu üçün artıq bu dil bir millət dili kimi yox,daha çox açar dil kimi qəbul olunur.Təbii qəbul olunmağına baxmayaraq bu dili bilməmək,bu sahəyə ilk addımlarda mümkün olduğu qədər çətinlik yaradır.Yeni bir kompüter mühəndisinin öz dilində qaynaq tapmamağı,almaq istədiyi cavablar üçün verəcəyi sualları yanlış formada verməyinə bir çox hallarda səbəb olur və bu səbəblər,yeni başlayan bir mühəndisin 2-ci addımını atmamağa bəs edə bilir.Məhz bu və bunun kimi halların qarşısını almaq üçün SourceGrab kompüter mühəndislərinin bir arada olmağını təmin edərək, bildikləri mövzuları öz dilində paylaşmağı təklif edir.Bu təklifi qəbul etmək,bir neçə yeni mühəndisin,peşəkar mühəndis olmağına yol açmaq,bu elmi öz dilimizdə inkişaf etdirmək və ixtiraçıların çoxalmasına yol açmaq deməkdir.
Yeni,orta və irəli səviyə mühəndislər üçün saytda (http://www.sourcegrab.com) verilən şəraitlər aşağıdakılardır.
DEPO – Kod,kodlaşdırma,kodlaşdırarkən yaranan problemlər haqqında qeyd olunmuş qaynaqlardan təşkil olunur.
SEMİNAR – Kompüter mühəndisliyi sahəsində ixtisasçılar tərəfindən mövzu ətrafına məlumatlandırma və ya tələb olunan mövzular haqqında seminarlardan təşkil olunur.
DƏSRLİKLƏR – İxtisasçılar tərəfindən hər bir proqramlaşdırma dili tədris olunan bölmə. Saytda html,xml,css,javascript,jquery,php,mysql,java,c#,c/++,d,oracle,python,asp proqramlaşdırma dilləri mövcuddur.yeni planlara görə növbəti proqramlaşdırma dilləri əlavə olunub,tədris olunacaq.
əlavə olaraq öyrənən istifadəçilər,mövcud olmayan mövzuları tələb edə biləcək və sual verərək mövzunun ixtisasçılar tərəfindən cavabını ala biləcək.
Qeyd edək ki, bu mövzuyla bağlı maraqlananlar- media və bu sahə üzrə mütəxəssislər mayın 27-si saat 13:30-da Xəzər Universitetində keçiriləcək təqdimat mərasimində iştirak edə bilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !