Regionda gənclərin rəsm və əl işləri sərgisi keçirilir - FOTO

Regionda gənclərin rəsm və əl işləri sərgisi keçirilir FOTO

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Mən də cəmiyyətin bir parçasıyam!” layihəsini həyata keçirir.
Layihənin əsas məqsədi Sabirabad rayonunda xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclərin bilik və bacarıqlarının, peşə və ixtisas seçimlərinin artırılmasına kömək etməkdən ibarətdir. Birlik sözügedən layihə çərçivəsində Sabirabad rayonunda yeniyetmə və gənclərlə görüşlər keçirir, onların iştirakı ilə rəsm və əl işləri sərgisi təşkil edilir. 3 ay davam edəcək layihə çərçivəsində yeniyetmə və gənclərin maarifləndirilməsi, köynək və bukletlərlə təmin edilməsi nəzərdə tutulub. Çap olunmuş nəşrlər təhsil müəssisələrində, ictimai yerlərdə paylanılır.
Sabirabad rayonunda həyata keçirilən layihədən ümumilikdə 200-dən artıq yeniyetmə və gəncin faydalanması nəzərdə tutulub.
Sonda milli musiqimizi, adət-ənənələrimizi, milli dəyərlərimizi yeniyetmə və gənclər arasında təbliğ etmək məqsədilə simli, nəfəs və zərb musiqi alətlərinin ifasında konsert proqramı təşkil ediləcək.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !