Azərbaycanda piratçılığın səviyyəsi əvvəli kimi yüksəkdir: İstifadə olunan proqram təminatının 84%-i qeyri-leqaldır -

Azərbaycanda piratçılığın səviyyəsi əvvəli kimi yüksəkdir: İstifadə olunan proqram təminatının 84%-i qeyri-leqaldır

BSA-ın apardığı tədqiqata əsasən, 1%-lik cüzi azalmaya baxmayaraq Azərbaycanda lisenziyasız proqram təminatından istifadə səviyyəsi region üzrə ən yüksək göstəricilərdən biri hesab olunur. Bu da, öz növbəsində, kibertəhlükəsizliyi təhdidə məruz qoyur.
Kiberhücumların yüksək risklərinə baxmayaraq, Azərbaycanın kompüter istifadəçiləri əksər hissəsi kompüterlərinə qanunsuz proqram təminatının quraşdırımasını davam edir. Bu barədə BSA (Proqram Təminatı İstehsalçıları Assosiasiyası) tərəfindən keçirilmiş yeni “Proqram təminatı üzrə qlobal tədqiqat”ında (“2016 Global Software Survey”) qeyd olunub. Builki tədqiqat onu göstərib ki, Azərbaycanda kompüterlərə quraşdırılmış proqram təminatının 84%-i qeyri-leqaldır. BSA-ın bundan öncə hazırladığı tədqiqatla müqayisədə ölkədə piratçılığın səviyyəsi cəmi 1% azalıb: 2014-cü ildə bu göstərici 85% təşkil edib.

Lisenziyasız proqram təminatı səviyyəsini azaltmağa cəhd göstərən digər postsovet ölkələrində bu göstərici 1-6% civarında azalıb. Ən yüksək nəticəni Gürcüstan əldə edib – 6%. Şimali Amerika əvvəllər olduğu kimi öz regionunda ən aşağı göstəriciyə malikdir – 17%. Qərbi Avropada ümumi göstərici 1% azalaraq 28% təşkil edib.

Regionun digər ölkələrində piratçılığın səviyyəsi bu cürdür: Russiyada – 64%, Latviyada – 49%, Litvada – 51%, Polşada – 48%, Estonitada – 42%.

BSA-nın tədqiqatına əsasən, dünya üzrə 2015-ci ildə kompüterlərə quraşdırılmış proqram təminatlarının 39%-i lisenziyasız olub. Əvvəlki illər üzrə hazırlanan tədqiqatların nətivələri ilə müqayisədə bu göstərici 4% azalıb. “Microsoft”un Kibercinayətlərələ Mübarizə üzrə Beynəlxalq Mərkəzin məlumatına görə, MDB vətəndaşlarının 80%-ə yaxını keçmişdə cinayətkarlıqla rastlaşıb, kiçik və orta bizneslərin 97,5%-i isə ildə ən azı bir dəfə kibertəhlükəyə məruz qalıb.

Piratçılığa qarşı mübarizə məqsədilə “Microsoft” yalnız lisenziyalaşdırılmış proqram təminatından yararlanmağı, mütəmadi olaraq korporativ təhlükəsizliyin əsaslarına dair müntəzəm təlimlər keçirməyi, həmçinin məlumatların qorunması üçün xüsusi cihaz və proqram təminatlarından istifadə etməyi tövsiyə edir. “Microsoft”da hesab edirlər ki, bir çox şirkətlər Azərbaycanda mövcud qanuni mənbələrdən əldə edilən proqram təminatının aktivlərini idarə edən proqramlardan (SAM – “Software Asset Management”) istifadə edərək lisenziyasız proqram təminatı ilə bağlı kibertəhlükəsizlik risklərini azalda bilər.

“Yüksək texnologiyalar vasitəsilə həyata keçirilən cinayət təhdidi daim artır. Kiberhücumlarla lisenziyasız proqram təminatından istifadə arasında əlaqə olduqca böyükdür. Hər il yaradılan 300 milyondan çox yeni tipli zərərli proqramlar – gündə 1 milyondan artıq yeni kibertəhlükə deməkdir. Azərbaycan şirkətlərinin daha yeni və yüksək səviyyəli iqtisadi effektivliyi və təhlükəsizliyi təmin etmək üçün biz effektiv SAM proqramlarından yararlanmağı və əməkdaşların yüksək bilik səviyyəsini təmin etməyi tövsiyə edirik. Fikrimizcə, bu müsbət tendensiyanı elə möhkəmləndirmək lazımdır ki, Azərbaycan Avropa standatrlarına yaxın olsun”, - deyə “Microsoft”un Proqram aktivlərinin idarə olunması və lisenziyalaşdırma şərtlərinə riayət olunmasının yoxlanılması şöbəsinin rəhbəri Dmitri Beresnev bildirib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !