Şəkidə tanınmış jurnalist Tomas Qoltsun Azərbaycan gündəliyi kitabının təqdimatı olub - FOTO

Şəkidə tanınmış jurnalist Tomas Qoltsun “Azərbaycan gündəliyi” kitabının təqdimatı olub FOTO

Mayın 26-da Şəki şəhərində tanınmış amerikalı ekspert, müstəqil jurnalist Tomas Qoltsun Azərbaycan dilinə tərcümə edilmiş “Azərbaycan gündəliyi” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, “Şəki Palas” otelində keçirilən mərasimdə müəllif, şəhər rəhbərliyi, ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşları, həmçinin ziyalılar iştirak ediblər.

Tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Tomas Qoltsun müstəqil jurnalist kimi fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, “Azərbaycan gündəliyi” kitabında ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən hadisələr öz əksini tapıb.

Diqqətə çatdırılıb ki, müəllifin Azərbaycanla tanışlığı təsadüf nəticəsində baş verib. Özbəkistana yollanan Tomas Qolts bir müddət yenicə müstəqillik qazanan Azərbaycanda qalmalı olub. Bakıda bir neçə ay qalması onu ömürlük Azərbaycanın pərəstişkarına çevirib. O, Dağlıq Qarabağda erməni işğalçılarının törətdikləri vəhşiliklərin, qaçqın və köçkünlərin doğma yurdlarından didərgin düşmələrinin canlı şahidi olub, qanlı döyüşləri görüb. Onun bu mövzuda yazdığı məqalələr ABŞ-ın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Təqdimat mərasimində çıxış edən Tomas Qolts 1998-ci ildə nəşr olunan “Azərbaycan gündəliyi” kitabında ölkəmizlə bağlı həqiqətləri qələmə aldığını bildirib. Diqqətə çatdırıb ki, bu kitabın indiyədək bir çox ölkələrdə minlərlə nüsxəsi oxucular tərəfindən alınıb. Ulu öndər Heydər Əliyevlə görüşmək üçün 1993-cü ildə Naxçıvana səfər etdiyini xatırladan Tomas Qolts, Azərbaycanın bu dahi şəxsiyyətindən müsahibə götürməyə müvəffəq olduğunu bildirib, görüşlə bağlı xatirələrini kitabda əks etdirdiyini diqqətə çatdırıb.

Sonra Tomas Qolts tədbir iştirakçılarının suallarını cavablandırıb.

Təqdimat mərasiminin sonunda qonağa Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !