Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc rəssamı Almaniya bir rəssamın gözü ilə sərgisində uğur qazanıb - FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc rəssamı “Almaniya bir rəssamın gözü ilə” sərgisində uğur qazanıb FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı rəssamı Telman Şıxıyev azərbaycanlı rəssamların əsərlərindən ibarət “Almaniya bir rəssamın gözü ilə” doqquzuncu sərgisində uğurla iştirak edib. Sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “Qız Qalası” İncəsənət Qalereyası və “Berlin-Bakı” Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə həyata keçirilib. Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı rəssamları ilə yanaşı, 100-dən artıq rəssamın 117-dək əsəri sərgidə nümayiş etdirilib.
Sərgidə Almaniya səfirliyinin müvəqqəti işlər vəkili Folker Berreshaym gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək istedad nümunələri kimi qiymətləndirib.
Gənc rəssam T.Şıxıyevin əl işi sərginin 3-cü yerinə layiq görülüb. Əməkdaşımız Almaniyaya 10 günlük səfər imkanı əldə edib.
Sərgidə iştirak edən digər butaforçu-rəssamlarımız – Elnur Babayeva, Pərvanə Məmmədova, Şahin Hüseynli və Yekaterina Bıçkova isə müvafiq sertifikatlarla təltif olunublar.
Məlumat üçün bildirək ki, təbiət, mənzərə, güllər, dəniz, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsinin əks olunduğu rəngkarlıq, yağlı boya, akvarel, qrafika və tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlərin yer aldığı sərgi iyun ayının 12-dək davam edəcək.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !