Mingəçevirdə Vətəni sevmək imandandır mövzusunda maarifləndirici tədbir keçirilib -

Mingəçevirdə “Vətəni sevmək imandandır” mövzusunda maarifləndirici tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirilir.
Mayın 27-də Mingəçevir şəhəri, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində Mingəçevir şəhərində “Vətəni sevmək imandandır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü-bölgə qazısı Əli Məmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova, dini icmanın sədri Yusif Yusifov, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar, dindarlar və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev ilk növbədə tədbir iştirakçılarını 28 may- Respublika günü münasibətilə təbrik edib, daha sonra layihə çərçivəsində həyata keçirilmiş maarifləndirmə tədbirlərinin mahiyyəti və əhəmiyyətindən söhbət açaraq dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.Natiq, həmçinin mövzu ətrafında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşərək Vətəni sevməyin bütün vətəndaşların müqəddəs borcu olduğunu bildirib.
Daha sonra çıxış edən bölgə qazısı Əli Məmmədov tarixən ölkə ərazisində təşəkkül tapmış və dövlətimiz tərəfindən daim dəstəklənmiş multikulturalizm, tolerantlıq kimi dəyərlər barədə tədbir iştirakçılara məlumat verərək Vətəni sevməyin imandan gəldiyinə dair fikirlərini İslam dünyasının görkəmli şəxslərinin fikirləri və İslam dəyərləri ilə əsaslandırıb.
Tədbirdə, eyni zamanda Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatının nümayəndəsi-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhər “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşviq Nəcəfov, şair-tədqiqatçı Əbülfət Həsənoğlu da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər multikulturalizmin tarixən Azərbaycan xalqının həyat tərzi olması, multikulturalizm anlayışının kök olaraq İslam dininə aid olması, xalqımızın tarix boyu müxtəlif işğalçı qüvvələrə qarşı azadlıq mübarizəsi aparmasında milli-mənəvi sərvətimiz olan İslam dəyərlərinin böyük rolu olması və bu dəyərlərin insanları Vətəni sevməyə çağırmasından bəhs ediblər.
Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, həmçinin icmaya ayrılmış maliyyə vəsaiti hesabına nəşr edilmiş müxtəlif dini təyinatlı ədəbiyyatlar, “Qurani-kərim”in Azərbaycan dilinə tərcüməsi, eyni zamanda DQİDK tərəfindən nəşr edilmiş “Dövlət və Din” jurnalı iştirakçılara paylanılıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !