Mingəçevir Dövlət Dram teatrında yeni premyera - FOTO

Mingəçevir Dövlət Dram teatrında yeni premyera FOTO

səhnə əsərinin quruluşunu Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə dəvət olunmuş Xalq artisti Valeh Kərimov verib. Tamaşanın quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Tamaşada əsas rolları Mingəçevir Dövlət Dram Teatrının aktyorları Eyvaz Əliyev, Fəridə Məmmədova, Afət Əliyeva, Aydın Quluyev və Xalq artisti Valeh Kərimov ifa ediblər.

Bu səhnə əsərinin premyerasında Mingəçevir və Yevlax şəhər rəhbərliyinin nümayəndələri, ictimaiyyətin görkəmli simaları, bölgə teatrlarından tanınmış sənətçilər və mətbuat nümayəndələri iştirak ediblər.

Tamaşadan öncə səhnəyə çıxan teatrın direktoru bütün kollektivi və tamaşanın quruluşçu rejissoru Valeh Kərimovu yeni premyera münasibəti ilə təbrik edib. Az müddət ərzində gərgin iş rejimi ilə işləyərək müvəffəqiyyətli bir tamaşa hazırladıqlarına, yüksək səviyyəli aktyor oyununa və verilən tapşırıqları peşəkarcasına yerinə yetirdiklərinə görə tamaşanın yaradıcı və texniki heyətinə öz təşəkkürünü bildirib.

Sonra xalq artisti Valeh Kərimov tamaşaçıları salamlayaraq Mingəçevir teatrında işlədiyi dövrdə teatr kollektivinin əzmkar işindən məmnunluğunu bildirib. Qeyd edib ki, Mingəçevir teatrı bu kimi yeni-yeni premyeralarla teatrdan küsüb gedən tamaşaçıları geri qaytarmağa nail olub.

Çıxışlardan sonra böyük anşlaqla keçən premyera sürəkli tamaşaçı alqışlarıyla yekunlaşıb. Aktyorların peşəkar oyunu, rejissor yozumu tamaşaçıların böyük marağına səbəb olub.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !