Feniks Sağlam Həyat Təbliği İctimai Birliyi Mingəçevir şəhərində tədbirlər keçirmişdir -

“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi Mingəçevir şəhərində tədbirlər keçirmişdir

Ölkədə narkomaniyaya və QİÇS-in yayılmasına qarşı aparılan uğurlu işləri davam etdirmək məqsədi ilə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Mingəçevir Şəhər Komissiyasının köməkliyi ilə 26 may 2016-cı il tarixdə Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbdə və Texniki Humanitar Liseydə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı tədbirlər keçirmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Qalib Yaqubov, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin nümayəndələri Şahin Hüseynov, Xaliq İbrahimsoy, Yalçın Şükürov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri Elşən Əliyev, Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Mehriban Hüseynova, Şəhər Səhiyyə Şöbəsinin nümayəndəsi Məftun Bilalov, məktəb direktorları Xumarə Mikayılova, Nailə Məmmədova, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin vətənpərvər ruhda böyümələri, vətənə layiqli övlad olmaları üçün sağlam olmaları barədə söhbətlər aparılmış, tədbir iştirakçıları onların maariflənməsinə şərait yaratdıqları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıq etmiş, maarifləndirici məlumatların onlara tez-tez çatdırılmasının zəruriliyini vurğulamışlar.
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər şagirdlərə paylanılmış, rəsmi hissədən sonra çay süfrəsi arxasında mövzu üzrə müzakirələr davam etdirilmişdir.

 

 

***

 



“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi Yevlax şəhərində
tədbirlər keçirmişdir


Ölkədə narkomaniyaya və QİÇS-in yayılmasına qarşı aparılan uğurlu işləri davam etdirmək məqsədi ilə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Yevlax Şəhər Komissiyasının köməkliyi ilə 26 may 2016-cı il tarixdə Yevlax şəhər 1 və 2 nömrəli tam orta məktəblərdə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı tədbirlər keçirmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Qalib Yaqubov, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin nümayəndələri Şahin Hüseynov, Xaliq İbrahimsoy, Yalçın Şükürov, Yevlax Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Mirtaleh İsmayılzadə, Şəhər Səhiyyə Şöbəsinin nümayəndəsi Mətanət İmanova, Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Tural Əhmədov, məktəb direktorları Xalidə Əliyeva, Mirismayıl Seyidov, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gənclərin belə bəlalara düçar olmamaları üçün bu kimi xəstəliklər barədə məlumatlı olmalarını, vətənpərvər və sağlam ruhda böyümələrini qeyd etmiş, tədbir iştirakçıları belə görüşlərin tez-tez keçirilməsini xahiş etmişlər.
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər şagirdlərə paylanılmış, rəsmi hissədən sonra çay süfrəsi arxasında mövzu üzrə müzakirələr davam etdirilmişdir.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !