Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurs və dərnəklərin buraxılış tədbiri keçirilib - FOTO (AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurs və dərnəklərin buraxılış tədbiri keçirilib FOTO (AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

31 may 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurs və dərnəklərin buraxılış mərasimi keçirildi. Öncə Heydər Əliyev Meydanında “Maraqlar üzrə əl işləri”, “Toxuculuq” və “Rəssamlıq” dərnəklərinin əl işlərindən ibarət sərgi nümayiş olundu. Daha sonra tədbir Heydər Əliyev Mərkəzinin qarşısında davam etdirildi.
Tədbirin aparıcısı, Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvü Gülər İsmayılova dərnəklərin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verdi. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Sevindik çıxış edərək kursu bitirən gənclərə uğurlar dilədilər.
Sonra “Həvəskar aktyorluq və bədii qiraət” kursunun şagirdlərinin ifasında maraqlı tamaşalar, şeir kompozisiyaları nümayiş etdirildi. Şəhər 1 və 4 saylı saylı tam orta məktəblərinin, şəhər 5 saylı körpələr evi uşaq bağçasının və 1 saylı uşaq bağçasının rəqs qrupları da öz ifaları ilə tədbirə rəngarənglik qatdılar. Həmçinin, şəhər 1 saylı tam orta məktəbinin Gənc Heydərçilər qrupunun rəhbəri Bəhram Əsgərli çıxış edərək bu qrupun sayəsində əldə etdikləri bilgilərdən, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini dərindən mənimsədiklərindən, bu siyasətin davamçılarından olacaqlarından qürurla söz açdı. Daha sonra o, Gənc Heydərçilər qrupu adından Heydər Əliyev Mərkəzinə xüsusi döş nişanı və Azərbaycan bayrağını təqdim etdi. Həmin məktəbin şagirdi Nəzrin Məmmədova “Heydər Əliyev mənim ürəyimdə” mövzusunda çıxış edərək öz duyğularını tədbir iştirakçıları ilə bölüşdü.
Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin təşkil etdiyi müsabiqələrin qalibləri və mərkəzin həyata keçirdiyi tədbirlərdə fəallıq nümayiş etdirən şəhər 5 saylı körpələr evi uşaq bağçasının kollektivi diplom və fəxri fərmanlarla təltif edildilər. Mərkəzdə fəaliyyət göstərən kurs və dərnəkləri bitirən üzvlərə sertifikatlar təqdim edildi və onlara gələcək işlərində nailiyyətlər diləyi ilə tədbirə yekun vuruldu.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !