Uşaqların əl işlərindən ibarət rəsm müsabiqəsi - FOTO

Uşaqların əl işlərindən ibarət rəsm müsabiqəsi FOTO

“1 iyun- Uşaqlaın Beynəlxalq Müdafiəsi günü” münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) həyata keçirdiyi tədbirlər planına əsasən Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi təşkil olunub.

Tədbirin rəsmi hissəsində BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov uşaqları salamlayıb, onlara işlərində və gələcək həyatlarında uğurlar arzulayıb.

Sərgidə uşaqların yağlı və sulu boyalarda çəkilmiş rəsm əsərlərindən, qrafika, heykəltəraşlıq nümunələrindən, bəzək əşyaları və rəngli kağızlardan düzəldilən aplikasiyalardan, ekibanolardan ibarət əsərlər nümayiş etdirilib.

Uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra rəsm müsabiqəsinin qalibləri idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldı və sonda xatirə şəkili çəkildi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !