Sumqayıt Dövlət Rəsm Qalereyasında Uşaq ədəbiyyatı rəssam balaların gözü ilə adlı sərgi keçirildi - FOTO

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Uşaq ədəbiyyatı rəssam balaların gözü ilə” adlı sərgi keçirildi FOTO

Sumqayıt Dövlət Rəsm Qalereyasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nizami Gəncəvi adına Kitabxana Klubun nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin rəsmlərindən ibarət sərgisi keçirilib. “Uşaq ədəbiyyatı rəssam balaların gözü ilə” adı altında keçirilən sərgidə 30-a yaxın əl işlərindən ibarət rəsmlər nümayiş olunub. Sərginin keçirilməsində məqsəd istedadlı uşaqların üzə çxarılması və tanıdılmasıdır.

Tədbirə qatılan Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov sərgi ilə yaxından tanış olub. O, çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib. Balaca istedadların əl işlərini yüksək qiymətləndirən idarə rəisi belə tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb. “Uşaqlar gülərsə dünyamız gülər” deyən Mehman Şükürov körpə fidanlara xoş arzularını çatdırıb, yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə çıxış edən Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova da balacaları təbrik edib, qalereyanın qapılarının hər zaman onların üzünə açıq olduqunu bildirib.

Tədbirdə S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının nümayiş etdirdiyi kompozisiyalar, Mərkəzi Uşaq Kitabxanasının oxucularının ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

C.Cabbarl adına mədəniyyət evinin solisti Pənah Məmmədovun ifasında şən mahnılar, “Turan” rəqs qrupunun ifasında milli rəqslər tədbiri daha da rövnəqləndirib, sehirbaz İntizab Bayramovun illüziya nömrələri balacaların böyük marağına səbəb olub.

Tədbirin sonunda uşaqlar Mərkəzi Uşaq Kitabxanası tərəfindən təşkil olunan sərgi ilə yaxından tanış olublar. Sərgidə uşaq şairlərinin yaradıcılığını əks etdirən ədəbiyyatlar nümayiş olunub.

Şəhər Mədəniyyət Evi də bayram münasibətilə tədbir keçirib. Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvü Kamil Ağazadənin aparıcılığı ilə baş tutan tədbirdə uşaqlar üçün səhnələşdirilən “Tənbəl Əhməd” səhnəciyi, Klounun əyləncəli oyunları, sehirbaz İntizam Bayramovun bir-birindən maraqlı illüziyaları, solistlər İlkin Əlizadə və Elvin Qasımovun ifaları, eləcə də Sveta Aslanovanın ifasında səslənən hind mahnıları balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirə qatılan istedadlı uşaqlar da öz mahnı töhvələri ilə həmyaşıdlarını təbrik ediblər.

Tədbirdə Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri Ravid və Zəhra Əzizovaların çıxışı, rəsm kursunun üzvlərinin əl işlərindən ibarət sərgisi, eyni zamanda, Mərkəzi Uşaq Kitabxanasının nümayiş etdirdiyi uşaq ədəbiyyatından ibarət sərgi böyük maraq doğurub.

Sonda Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi uşaqları bayram münasibətilə təbrik edib onlara xoş arzularını çatdırıblar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !