Şəkidə dini radikalizmə qarşı mübarizədən bəhs edən Fitnə filmi nümayiş olunub -

Şəkidə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filmi nümayiş olunub

İyunun 3-də Şəki şəhərində dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filminin nümayişi olub.Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Şəki Şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin nümayəndələri, təhsil işçiləri, gənclər və orta məktəblərin şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov açaraq bildirib ki, bütün dünyanı narahat edən ən ciddi problemlərdən biri dini radikalizmdir.Natiq çıxışı zamanı qeyd edib ki, dövlət tərəfindən dini radikalizmə qarşı ardıcıl tədbirlər həyata keçirilir.Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi böyük əhəmiyyətə malikdir. Filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri öz əksini tapıb.
Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək filmin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Filmin gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəldiyini bildirən S. Salahlı bu sahədə gənclərə dəyərli tövsiyələr verib, gənclərin ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün mili-mənəvi dəyərlərə, dövlətinə bağlı olmasının önəmini vurğulayıb.
Sonda “Fitnə” sənədli filmi tədbir iştirakçılarına nümayiş olunub.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !