"Rəngli duyğular" ADMİU-nin rəssam müəllimlərin yaradıcılıq sərgisi -

"Rəngli duyğular" ADMİU-nin rəssam müəllimlərin yaradıcılıq sərgisi

13-16 iyun 2016-ci il tarixlərində Rəssamlar İttifaqı V.Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssam müəllimlərinin "Rəngli duyğular" adlı yaradıcılıq sərgisi keçiriləcəkdir.
Layihənin əsas məqsədi ADMİU-nin rəssam müəllimlərin əsərlərini geniş tamaşaçı auditoriyasına təqdim etmək, istedadlı və yaradıcı gəncləri dəyərli sənət nümunələri ilə yaxından tanış etmək və gələcək inkişaflarına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən tanınmış rəssamları bir araya gətirərək, bütöv bir ekspozisiyada birləşdirməkdir.
Rəssamlar yaratdıqları əsərlərdə əsasən öz duyğularını əks etdirirlər məhs elə buna görədə sənətkar rəssamların əsərləri bu qədər fərqli və təkrarsızdır. Bizdə bunu əlimizdə əsas tutaraq sərgimizi "Rəngli duyğular" adlandırdıq. Çünki hər bir əsər rəssamın rənglərə çevirdiyi duyğu və hissləridir.
Sərgidə rəssamlarımızın müxtəlif konsepsiyalarda işlənmiş və müxtəlif təsviri sənət növlərində -rəngkarlıq, qrafika, heykəltəraşlıq və s.olan əsərləri nümayiş olunacaqdır. Sərgidə tanınmış rəssamlardan Arif Əziz, Ağəli İbrahimov, Xanlar Əhmədov, Həmzə Abdullayev, Aytən Rzaquliyeva, Fəxrəddin Qəhrəmanlı, Bayram Hacızadə və b. iştirak edirlər.
Sərginin açılışı 13 iyun saat 18:00-da keçiriləcəkdir. Giriş sərbəstdir.
Layihənin rəhbəri Türkan Abbasovadır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !