İKT-nin Azərbaycan qadınlarının həyatında rolu müzakirə edilib -

İKT-nin Azərbaycan qadınlarının həyatında rolu müzakirə edilib

Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə “Müasir İnformasiya-kommunikasiya Texnologiyalarının Azərbaycan qadınların həyatında rolu” mövzusunda dəyirmi masa keçirilib.

Partiya sədri Asim Mollazadə ölkə qadınlarını inkişafında İKT-nin rolunu yüksək qiymətləndirib. “Vaxt var idi təhsilə görə qızları, qadınları öldürürdülər. Amma zaman və qadına münasibət dəyişib, müasir texnologiyalar insanların həyatının, fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan qadını İKT-nin ona verdiyi imkanlardan istifadə edərək özünü inkişaf etdirməli, ölkəyə, cəmiyyətə və ailəsinə faydalı olmağa çalışmalıdır” – deyə millət vəkili bildirib. O, bu sahədə təhsilin, ictimai maarifləndirmənin və xarici dilləri mənimsəmənin vacib olduğunu qeyd edib.

İnformasiya texnologiyaları üzrə ekspert Vəfa Vəliyeva İKT-nin Azərbaycan qadınlarının həyatına təsirindən bəhs edib. O, orta məktəbdən başlayaraq insanın bütün həyatı boyu inkişafında İKT-nin rolunu dəyərləndirib. Ölkəmizdə bu sahədəki çağırışlardan, mövcud problemlərdən və çıxış yollarından danışıb. Auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Sonra mövzu ətrafında diskussiyalar olub. Gənclər və xanımlar İKT-nin ölkə qadınlarının həyatına təsiri ilə bağlı fikirlərini bölüşüblər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !