Yerli məşhurlar bu sərgidə bir araya gəldi - FOTO ( AZpress.AZ - Pəri Arifqızı )

Yerli məşhurlar bu sərgidə bir araya gəldi FOTO ( AZpress.AZ - Pəri Arifqızı )

“Xəzər TV” MMC–nin Proqramlar Departamentinin rəhbəri, Rəssamlar İttifaqının üzvü, rəssam Rüstəm Məmmədovun rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi sərgisi keçirilib.

AZpress.AZ-ın məlumatına görə, Rəssamlar İttifaqının sərgi salonunda baş tutan tədbirdə 50-ə yaxın əsər nümayiş olunub.

Sərgini izləməyə gələnlər arasında ictimai xadimlər, müğənnilər, aparıcılar və digər tanınmışlar olub.

Nümayiş olunan şəkillər arasında “Ömrün qürub çağı”, “Səssizliyin harayı”, “Kamanın Habil zirvəsi”, “Yüksəliş”, “Füzuli ömrü”, “Səmazən”, “Zəriflik” adlı rəsmlərlə yanaşı, İmaddəddin Nəsimi, Məhəmməd Füzuli, Əmir Teymur, Aşıq Veysəl, Həsən bəy Zərdabi və Fəxrəddin Paşa kimi görkəmli şəxsiyyətləri əks etdirən portretlər də yer alıb.

Foto: Pəri ARİFQIZI 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !