Nizami və Qaradağ rayonlarında Fitnə sənədli filminin təqdimatı keçirilib - FOTO

Nizami və Qaradağ rayonlarında “Fitnə” sənədli filminin təqdimatı keçirilib FOTO

İyunun 7-də Bakı Texniki Kollecində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyətinin, o cümlədən gənclərin iştirakı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan, dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filminin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq sənədli film haqqında məlumat verib və qeyd edib ki, gəncləri dini radikalizmin təsirlərindən qorumaq sahəsində aparılan işlərdə bu sənədli filmin böyük maarifləndirici əhəmiyyəti var.
Sonra “Fitnə” sənədli filmi nümayiş edilib.
Filmin nümayişindən sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Xalid Məmmədov, “Sahib-Əz-Zaman” məscidinin axundu Hacı Natiq İsayev, Qarabağ müharibəsi əlili İzzət Şirinov və Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədov filmin əhəmiyyətini qeyd edərək, yeniyetmə gənclərə dini radikalizmin təsirlərindən qorunmağa dair tövsiyələrini veriblər.


***


İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qaradağ Rayon İcra Hakimiyyəti və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sahil qəsəbəsində yerləşən Qaradağ rayon Gənclər Evində DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin nümayişi həyata keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “Fitnə” sənədli filminin mahiyyəti, dini radikalizmlə mübarizədə dini maarifləndirmənin rolu mövzusunda məruzə ilə çıxış edib. Bildirildi ki, bu film dini radikalizmin fəsadlarına kompleks yanaşma ortaya qoyaraq, gənc nəsilə bununla bağlı obyektiv məlumatı çatdırmaq məqsədi daşıyır.
Daha sonra birlikdə “Fitnə” sənədli filminə baxış keçirilib.
Tədbirin yekununda film tamaşaçılarla birgə müzakirə edilib.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !