Şəki teatrı Səməd Vurğunun 110 illiyinə həsr olunmuş Vaqif poeması ilə Bakı səhnəsində! - FOTO ( AZpress.AZ - Nəriman İsmayılov, Minə Türksoy)

Şəki teatrı Səməd Vurğunun 110 illiyinə həsr olunmuş “Vaqif” poeması ilə Bakı səhnəsində! FOTO ( AZpress.AZ - Nəriman İsmayılov, Minə Türksoy)

AZpress.AZ xəbər verir ki, 7 iyun 2016-cı il tarixindən etibarən Şəki Teatrı iki gün müddətində Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində "Vaqif" dramını nümayiş etdirmişdir.Tamaşa Xalq Şairi Səməd Vurğunun yubileyi ilə əlaqədar səhnələşdirilib. Səhnə əsəri Səməd Vurğunun "Vaqif" dramının motivləri əsasında hazırlanıb. Yeni tamaşaya Şəki Teatrının keçmiş rejissoru, hazırda Moskvada fəaliyyət göstərən "Dərviş" Teatrının rəhbəri Mərdan Feyzullayev quruluş verib.
Tamaşanın nəsrlə olan hissələrini Mərdan Feyzullayev, nəzmlə olan parçalarını isə Vaqif Aslan yazıb.Səhnə əsərində Vaqif obrazını əməkdar artist Əbülfət Salahov, Qacar obrazını əməkdar artist Xanlar Həşimzadə ifa edir.Tamaşada diqqətimizi çəkən maraqlı cəhətlərindən biri əsərdə heç bir qadın personajının olmamasıdır.Qeyd edək ki, Şəki Teatrının kişi truppasının ifasında nümayiş etdirilən tamaşada Təlxək obrazını əməkdar artist İqrar Salamov canlandırır. Bundan əlavə Vaqif rolunda Əbülfət Salahov, Vidadi rolunda İlyas Əsədov, İbrahim xan rolunda Akif Yusubov, Hikmət Nəbili və başqaları iştirak etmişdir.Tamaşa iki hissədən ibarət idi. Olduqca peşəkar komanadadan ibarət olan Şəki Dram teatrının Bakıda səfəri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstəyi nəticəsində gerçəkləşmişdir.


AZpress.AZ , Minə Türksoy
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !