Mədəniyyət və Turizm Nazirliyinin təmsil olunduğu KOTFA beynəlxalq turizm sərgisi öz işinə başlamışdır -

Mədəniyyət və Turizm Nazirliyinin təmsil olunduğu “KOTFA” beynəlxalq turizm sərgisi öz işinə başlamışdır

 Koreyanın Seul şəhərində keçirilən “KOTFA 2016” cari ilin 09 iyun tarixində öz işinə başlamışdır. Sözügedən sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov habelə, “Silk Way travel” və “Geo-travel” turizm şirkətləri təmsil olunur.

Beynəlxalq sərgidə ölkəmizin turizm imkanlarını əks etdirən 27 m² sahəsi olan milli stenddə mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin görməli yerləri haqqında koreya və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunur.

Sərginin ilk günü təşkilatçılar tərəfindən B2B formatında iştirakçılar üçün ümumi görüş keçirilmişdir.

Qeyd etmək lazimdir ki, Koreya turizm baxımından ölkəmiz üçün prioritet olan ölkələr sırasındadır və Azərbaycana səfər edən koreya vərəndaşları vizanı aeroportdan əldə edə bilərlər.

Xatırladırıq ki, sərgi iyunun 12-dək davam edəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !