Fransalı qonaq Mingəçevir Turizm Kollecində - FOTO

Fransalı qonaq Mingəçevir Turizm Kollecində FOTO

Məlum olduğu kimi, bu günlərdə fəaliyyətə başlamasının 10 illiyini yubiley təntənələri ilə bayram edən Mingəçevir Turizm Kolleci, həm də zəngin beynəlxalq əlaqələrə malik təhsil ocağı kimi tanınır. Kollec illərdir ki, çoxsaylı avroasiya təhsil ocaqları və elmi mərkəzlərlə fəal əməkdaşlıq edir, müxtəlif təhsil proqramlarında iştirak edir. O cümlədən Avropa İttifaqı Komissiyası xətti ilə həyata keçirilən Tempus proqramı çərçivəsində Turizm Kolleci bir neçə ildir ki, Fransanın Qrenobl Akademiyası və Almaniyanın Yade universiteti ilə birgə layihələrə qatılıb. Layihəyə uyğun olaraq mütərəqqi təhsil metodlarının mənimsənilməsi, kollecdə tədrisin bir sıra istiqamətlər üzrə ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması, ikili diplomların tanınması kimi məsələlərin həlli nəzərdə tutulur. Bu çərçivədə vaxtaşırı təşkil olunan treninq və konfranslarla yanaşı qarşılıqlı səfərlər də həyata keçirilir. İki gündür ki, bu istiqamətdə növbəti addım atılıb. Fransanın Qrenobl Akademiyası nümayəndəsi və layihənin rəhbər koordinatoru Jean- Noel Pachoud Mingəçevir Turizm Kollecində işgüzar səfərdədir. Kollec rəhbərliyi ilə layihəyə müvafiq müzakirələr aparıb icraatla yaxından tanış olan Fransalı elm adamı bu gün kollecin rəhbər heyəti, turizm və xaric dil ixtisasları üzrə təlim verən pedaqoq təmsilçiləri ilə görüş keçirdi.

Tədbiri açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmlər doktoru, professor Əyyub Əyyubov Turizm Kollecinin on illik fəaliyyəti, uğurları, məzunları, beynəlxalq əlaqələri və son yubiley təntənələri barədə ətraflı məlumat verdi. Eyni zamanda Tempus proqramı, onun məqsədləri, bu çərçivədə Fransanın Qrenobl Akademiyası ilə əməkdaşlıq məsələlərinə toxundu.

Daha sonra çıxış edən Fransalı qonaq layihənin başlanmasından məmnun olduğunu bildirdi. O qeyd etdi ki, layihənin uğurla başa çatacağından əmindir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !