Kaspersky Lab bankomat və POS-terminalların müdafiəsi üçün ixtisaslaşdırılmış həll təqdim edir -

“Kaspersky Lab” bankomat və POS-terminalların müdafiəsi üçün ixtisaslaşdırılmış həll təqdim edir

 “Kaspersky Lab” şirkəti bankomat, POS-terminal və özünəxidmət terminalların qorunması üçün “Kaspersky Embedded Systems Security” həllini təqdim etdi. Məhsul bu tipli avadanlığı kiber təhlükələrdən qoruyur və sistemi yükləmədən maliyyə vasitələrinin və bank kartları məlumatlarının təhlükəsizliyinitəmin edir.

Bir qayda olaraq, bankomatlar köhnəlmiş əməliyyat sistemləri, adətən “Windows XP” iləişləyir. Bununla yanaşı,bankomatlar məhdud məhsuldarlıq və zəif qoşulmaya malikdir. Onlar fərqli, həmçinin uzaqlaşdırılmış məkanlarda yerləşir, nadir hallarda yenilənir və banklardan fərqli olaraq zəif qorunur. Belə ki, son 2 il ərzində bütün dünyaya səs salmış “Carbanak” kiberqarət çərçivəsində cinayətkarlar bankomatlardan bütün dünya üzrə bank köçürmələri vasitəsi ilə bir milyard ABŞ dolları oğurlayıblar.

“Kaspersky Lab”ın həlli bu tipli cihazlara ən çox yayılmış hücum üsulları ilə mübarizəyə imkan yaradan texnologiyalar təqdim edir. “Öncədən qoyulmuş qadağa” rejimi sayəsində yalnız administrator tərəfindən icazə verilmiş fayl, drayver və kitabxanalar sistemdə yerinə yetirilir. Bu imkan bankomatları və ödəmə terminallarınıaxırıncı cihaz səviyyəsində “Tyupkin” və”Skimer” kimimürəkkəb və məqsədyönlü təhlükələrdən qoruyur.

“Avadanlığın nəzarəti” kimi əhəmiyyətli funksiya sayəsindəavtorizasiya olunmamış USB-yığıcıların bu tip maşınlarafiziki qoşulma cəhdləri blok olunur. Beləliklə, kibercinayətkarlar tərəfindən sistemə giriş əldə etmək üçün müntəzəm şəkildə istifadə olunan əsas yollardan biri bağlanır.

Məhsul bütün istifadədə olan“Windows” növləri, o cümlədən “Windows XP Embedded”, “Windows Embedded 8.0 Standard” və “Windows 10 IoT”ilə tamamiləuyğunlaşır. Sistem tələbləri minimaldır – 256 Mb operativ yaddaş və diskdə 50 Mb yer kifayətdir.

Yeni “Kaspersky Security Center” həllini vahid mərkəzləşdirilmiş inzibatçılıq konsolundan idarə etmək mümkündür. Bundan başqa, məhsul “Kaspersky Security Network” bulud xidməti ilə inteqrasiya olunub ki, bu da təhlükələr barədə analitik məlumatı real vaxt rejimində əldə edir və sıfırıncı günün eksployt hücumlarının qarşısını alır. O, həmçinin ödəmə kartları sənayesinin (PCI DSS) məlumat təhlükəsizliyi standartının tələblərinə də cavab verir. Tələblərə əsasən, bank kartları ilə çalışan sistemlər müntəzəm olaraq yenilənən antivirus ilə təchiz edilməlidir.

“Qarşımızda məhdud funksionallığa və aşağı məhsuldarlığa malik maşınların təhlükəsizliyini təmin etmək üçün bütün müasir qoruyucu texnologiyaları bir həldə birləşdirmək məqsədi dururdu. Bankomat və satış terminalları olduqca nadir hallarda yenilənir, onların əksər hissəsi on ilə yaxın işləyir və texniki olaraq müasir deyil. Məhz bu səbəbdən biz keçmiş nəsil aparat təminatı ilə uyğunlaşa bilən məhsul hazırladıq. Sistemi qorumaq üçün bizim həllin şəbəkəyə qoşulması mütləq deyil. Bundan əlavə, biz ona cihazların səmərəli nəzarət texnologiyalarını və öncədən quraşdırılmış qadağa rejimini daxil etdik”, - deyə “Kaspersky Lab” şirkətinin bankomat və satış nöqtələrinin müdafiəsi üzrə rəhbər Dmitri Zveginets qeyd edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !