Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin nümayəndələri - Əməkdar jurnalist, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Yaşar Xəlilovun qapısını döydülər

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin nümayəndələri Əməkdar jurnalist, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Yaşar Xəlilovun qapısını döydülər

ViDEO >>> 

 

 Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin nümayəndələri indiyədək neçə qapı döyüblər, neçə mətbuat işçisini sevindiriblər. Şamil Şahməmmədov, Yalçın Əlizadə, Tamara Əliyeva, Rafiq Həsənov, Sabir Məmmədov, Əli Qafarov, Kazım Ələkbərov, Bəhram İbrahimov, Svetlana Nəcəfova, Telman Qarayev, Şakir Yaqubov...Növbəti ünvan isə Əməkdar jurnalist, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Yaşar Xəlilovun mənzili idi. 83 yaşlı jurnalist Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun başçılıq etdiyi nümayəndə heyətini - Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimovu, veteran jurnalist Məzahir Süleymanzadəni, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılovu, Əməkdar jurnalist Tahir Aydınoğlunu, Azpress.AZ saytının redaktoru Rasim Sadıqovu və "Xalq qəzeti"nin əməkdaşı Rafiq Salmanovu sevinclə qarşıladı. Əflatun Amaşov veteran fotojurnalistə Azərbaycan Mətbuat Şurasının xüsusi diplomunu təqdim etdi. Yaşar Xəlilova Ahıl Jurnalistlər Məclisinin hədiyyələri verildi. Qonaqlar çay süfrəsi ətrafında səmimi söhbətdə Yaşar Xəlilovun keçdiyi yaradıcılıq yolundan, onun Azərbaycan fotojurnalistikasının inkişafında xidmətlərindən danışdılar. Yaşar Xəlilov göstərilən qayğı və diqqətə görə Azərbaycan Mətbuat Şurası rəhbərliyinə minnətdarlığını bildirdi.

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

 AZpress.AZ

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !