Mingəçevir və Yevlaxda ekologiyaya dair təlimlər keçirilib - FOTO

Mingəçevir və Yevlaxda ekologiyaya dair təlimlər keçirilib FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Mingəçevir və Yevlax şəhərlərində “Sağlamlıq və ətraf mühit ” layihəsi üzrə təlimlər həyata keçirilib. Bu barədə Birlikdən verilən məlumata görə layihənin əsas məqsədi bu regionda ekoloji tarazlığı təmin edən fəaliyyətlərin dəstəklənməsi, ekoloji problemlərin aradan qaldırılması, şagird və tələbələrin ətraf mühitlə əlaqədar ekoloji maarifləndirməyə cəlb olunmasından ibarətdir.

Təlimlərdə hər iki şəhərin şagird və tələbələri, o cümlədən müvafiq icra hakimiyyəti nümayəndələri, təhsil və aidiyyatı qurumların rəhbərləri iştirak ediblər.Təlim və seminarlar təlimçi Nailə İsmayılova tərəfindən keçirilib.Təlimlərin əsas mövzusu şagirdlərin və tələbələrin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, gənclərin bu sahədə intelekt və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq olub. Təlimlər zamanı müxtəlif müzakirələr və sorğular aparılıb.Sonda şagird və tələbələrə təlimlərin mövzularına dair test sualları paylanılıb.Qiymətləndirmədə seçilən şagirdlər mükafatlandırılıb və bütün iştirakçılara sertifikatlar paylanılıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !