Xanədan - etno restoranının bir yaşı tamam oldu - FOTO (AZpress.AZ - Vüsalə Haqverdili)

“Xanədan “- etno restoranının bir yaşı tamam oldu FOTO (AZpress.AZ - Vüsalə Haqverdili)

1 iyun 2016 tarixində “Xanədan “- etno restoranının bir yaşı tamam oldu. Bu bir il ərzində çeşnidə (menyuda)qonaqlara tariximizi verdik. Tariximizin yeməklərin dadına baxdılar. Çeşnidə Azərbaycanın qədim 500-1000 illik qədim tarixinə malik yeməkləri var. Xanədanda verilən yeməklər daha əvvəl Azərbaycanın heç bir restoranında verilməyib və verilmir. Şahİsmayıl, I Şahabbasın sarayında, Şah Qacarın sarayında verilən yeməklərin dadına yalnız burada baxmaq olar. Çeşnidəki şorbalar hamısı qədim tarixə malik şorbalardır. 500 il bundan əvvəl bişirilən dolma kababı ilk dəfə burada təqdim olundu. Şirvan şorbası, somavarda bişirilən düşbərə, əməköməci dolması, limon dolması, əncir yarpağında, közdə bişirilən balıq, gildə bişirilən toyuq, balıq, alana və s.xörəklər Azərbaycanda ilk dəfə idiki təqdim edilirdi. Qovudunr estoranda təqdim olunma forması Fransız mətbəxindən fərqlənmədi. Bütünx örəklər 2 il ərzində Azərbaycan Milli Kulinariya Asossasiyası tərəfindən işlənilib, mütəxəssislər tərəfindən standartlaşdırılıb, hesablanıb və sonradan Respublika Kulinariya Şurasından keçib, bir çox xörəklər Patent və müəllif hüququna malikdir. Ona görədə bu xörəklər başqa restoranlarda verilə bilməz. Restoran zalında 9 hücrə təşkil olunub. Hər hücrə bir xanlığa aiddir. Naxçıvan xanlığı, Qarabağ xanlığı, İrəvanXanlığı, Təbriz xanlığı, Şəki xanlığı, Lənkəran xanlığı, Bakı Xanlığı, Gəncə xanlığı, Şamaxı xanlığı burada mümkün qədər öz yerlərini tutublar. İşlənilən ornamentlər hamısı qədim Azərbaycan stilindədir. Bu məkandacanlıAzərbaycanmusiqisidinləməkimkanı da var. Həmin xanlıqların xanlarının, xanımlarının və uşaqlarının milli paltarlarında şəkil çəkdirmək mümkündür.Siz hər xörəyi daddıqca, Azərbaycanın tarixinə toxunmuş olursunuz.Və restoranın bir yaşına həsr olunmuş tədbirə gələn alimlər, mütəxəssislər, digər qonaqlar çox təəccüblü və gözəl bir mətbəxlə qarşılaşdılar.
Tədbirdə Qırğızıstan səfiri cənab Aydjigit Buranov, Rumınya səfiri cənab Daniel Kristian Ciobani , Özbəkistan səfiri cənab Şerzod Fayziyev, Tacikistan səfiri cənab Zoir Saidov, Yaponiya səfiliyindən cənab səfir Tsuquo Takahaşi, Belarusiya səfirliyindən cənab səfir Gennadi Akramoviç, Türkiyə səfirliyindən cənab İbrahim Yıldıray,İsveçrə səfirliyindən cənab EnurImeri, Ukrayna səfirliyindən Rüstəm Rüstəmov iştirak etdilər.
“Xanədan” tarixi Azərbaycanı, tarixi mətbəximizi təbliğ edən, göstərən, daddıran yeganə etno restorandır. Yalnız burada siz qədim texnologiyalarla hazırlanan tarixi xörəklərin dadına baxa bilərsiz.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !