"Sirlər Xəzinəsi" gəncləri Şəkidə ətrafına topladı! - FOTO

"Sirlər Xəzinəsi" gəncləri Şəkidə ətrafına topladı! FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclərin Maariflənməsinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən "Sirlər Xəzinəsi" adlı layihə gəncləri öz ətrafında topladı. Belə ki, layihə 27-28 May tarixlərində Şəki şəhərində təşkil olundu. Layihənin məqsədi gənclər arasında komanda ruhunun yaradılması, fikir və təcrübə mübadiləsinin aparılması və onların qeyri-formal şəraitdə kreativ düşünmək bacarığının inkişaf etdirilməsidir.
"Sirlər Xəzinəsi" layihəsi Şəki şəhərinin qədim və tarixi yerlərini gənclərə tanıtmaqla yanaşı onların hər bir məkana olan maraq və diqqətini artıraraq gənclərin daha da ətraflı şəkildə məlumatlanmasını təmin etməyi bacardı. Şəki şəhərinin qədimi məkanlarında təşkil olunan "Kod Da Vinçi" intellektual oyununda 6 komanda iştirak edirdi. Hər bir komandada liderlərin müəyyən olunması ilə oyuna başlanıldı. Komandalar müxtəlif şəraitlərdə oyunun 8 mərhələsinin “açarları”-nı tapmağa çalışdılar. “Açar”ları digər komandalara nisbətən daha tez tapan komanda qalib oldu.
“Kod Da Vinçi” məntiqi intellektual oyunu – bir komanda oyunudur. Oyunun əsas mahiyyəti, komandaların növbəti mərhələyə keçməsini təmin edən “açarların” axtarışıdır. Hər komanda 5-10 nəfərdən ibarət olmaqla təşkil olunur. Oyunçular məntiqi sualların “açar”-larını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Beləliklə hər mərhələdən sonra yeni mərhələ gəlir. Tapmaçanın açarları və ya hər hansı bir cavabı oyun keçirilən meydançanın hər yerində gizlədilə bilər. Oyun müxtəlif yerlərdə keçirilə bilər: klubda, parkda, açıq təbiətdə, ofisdə və müxtəlif mövzuları əhatə edə bilər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !