Məktəblilər arasında IX İnformatika Layihə Olimpiadası – İLO2016 keçirilib - FOTO

Məktəblilər arasında IX İnformatika Layihə Olimpiadası – İLO2016 keçirilib FOTO

11 iyun 2016-cı il tarixində Qafqaz Universitetində Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti və İstək Liseylərinin təşkilatçılığı ilə İnformatika Layihə Olimpiadası –İLO2016 keçirilib.
Məktəblilər arasında İnformatika Layihə Olimpiadası 2007-ci ildən etibarən hər il keçirilməkdədir. 2014-cü ildən etibarən Qafqaz Universiteti olimpiadanın keçirilməsinə təşkilatı dəstək vermiş və ev sahibliyi etməkdədir. İLO müsabiqəsinə İKT sahəsində fəaliyyət göstərən bir sıra şirkətlər maraq göstərmiş, təşkilat komitəsində iştirak etmək və olimpiadanın genişləndirilməsi ilə bağlı bir çox təkliflər vermişlər.
Bu il İLO2016 layihə olimpiadasının 1-ci seçim mərhələsinə Proqramlaşdırma, Qısa film, Animasiya, Robot kateqoriyası üzrə 89 layihə daxil olub (www.ilo.az), bunlardan 32 layihə ekspertlər tərəfindən qiymətləndirilərək final mərhələsinə vəsiqə qazanıb. Bundan başqa ilk dəfə olaraq müsabiqəyə yeni AlqoKod – alqoritmik kodlaşdırma kateqoriyasıda əlavə edilib və bu kateqoriya üzrə 21 şagird finala vəsiqə qazanıb.
İLO2016 açılış mərasimində Qafqaz Universitetinin İctimai əlaqələr üzrə prorektoru dosent Natiq Paşa, AMEA İnformasiya Texnologiyaları İnstitunun texnologiyalar üzrə direktor müavini texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, BDU-nun dosenti Ramin Mahmudzadə, AMEA İdarəetmə Sistemləri İnstitutunun böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmov və Qafqaz Universitetinin mühəndislik fakültəsinin dekanı professor Xəlil İsmayılov çıxış ediblər.
Növbəti 5 saat ərzində müsabiqə iştirakçıları hazırladıqları layihələri nümayiş etdirib və layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.
AlqoKod koteqoriyasının iştirakçılarına 5 saat ərzində 10 alqoritmik məsələnin proqramını (C, C++, Java, Pascal və ya Pyton dillərinində) tərtib etmək tapşırığı verilb və məsələlərin həlli PC2-9.2.4 avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.
Müsabiqənin sonunda mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində İLO2016 müsabiqəsinin qalibləri AMEA İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitu, Qafqaz Universiteti, İstək Liseyləri, Estet şirkəti və NAPCAR-in təqdim etdiyi hədiyyələr, medallar və sertifikatlarla mükafatlandırılıblar. 

 

İLO2016-nın qalibləri:

Proqramlaşdırma kateqoriyası üzrə
I Yer
Hüseyn Hacıyev(layihə rəhbəri -İlhamə Hacıyeva) - Bakı Avropa Liseyi - Qarabağa Qayıdış Oyunu
II Yer
İusip Nasibov, Vahid Süleymanov(layihə rəhbəri -Bakhlul Aliev) – Gürscüstan Respublikası, Shota Rustaveli məktəbi – Baymax
III Yer
Sənan Məmmədov (layihə rəhbəri -Elvin Kərimov)- Mingəçevir İstək Liseyi - Eclabs School Management System
Fərid Quliyev, Murad Ağazadə(layihə rəhbəri -Elvin Kərimov) - Mingəçevir İstək Liseyi - Php Guard Pro

 

AlqoKod kateqoriyası üzrə
I Yer
Elgün Cəbrayılzadə - 150 saylı məktəb
II Yer
Ələkbər Əsgərov – Akademik Zərifə Əliyeva adına lisey
Rüstəm Ağayev – Bakı, Nərimanovİstək Liseyi
III Yer
Ziya Muxtarov - Akademik Zərifə Əliyeva adına lisey
Ayxan İmanov - Akademik Zərifə Əliyeva adına lisey
Ayxan Həsənov – Fizika, riyaziyyat və informatika təmayüllü lisey

 

Animasiya kateqoriyası üzrə
I Yer
Əli Yusubov, Sadiq Qurbanov(layihə rəhbəri –Fərid Musayev) - Lənkəran İstək Liseyi - Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün
II Yer
Hüseyn Hacıyev (layihə rəhbəri -İlhamə Hacıyeva)- Bakı Avropa Liseyi - Təhlükəsiz Şəhər
Yusif Məhərrəmov, Murad Abışov(layihə rəhbəri –RövşənZeynalov)- Bakı,Nərimanov İstək Liseyi - Asan gələn, asan gedər
III Yer
Mədinə Əliyeva (layihə rəhbəri –Qadir Əhmədov) - Xırdalan, 9 saylı məktəb - Qəribə Xəstəlik
Emil Hacıyev (layihə rəhbəri -İlhamə Hacıyeva) - Bakı Avropa Liseyi - Formula 1

 


Qısa film kateqoriyası üzrə
I Yer
RüfətMəmmədov (layihə rəhbəri -Təranəİsmayılova) - Saray qəsəbəsi, 3 saylı məktəb - Xeyirxah Əməl
II Yer
Mədinə Əliyeva(layihə rəhbəri –Mehriban Mahmudova) - Gəncə şəhəri, 27 saylı məktəb - Mənəviyyat ən böyük xəzinədir
Məhəmməd Rüstəmov, Fuad Rəsul(layihə rəhbəri –Nərminə Abdullayeva) - Qax, 2 saylı məktəb - Kiçik qəlblər
III Yer
ElqalaBabayev(layihə rəhbəri – GülmirəZamanlı)- Saray qəsəbəsi 3 saylı məktəb - Vətən məni gözləyir
İzzətxanım Mirzəxanova, Nərmin Əlisoy(layihə rəhbəri –HüseynAbdulov) - Bakı, Əhmədli İstək Liseyi-Empathy
Səbinə İsayeva,Yusif Kazımzadə(layihə rəhbəri – HüseynAbdulov) - Bakı, Əhmədli İstək Liseyi - Tha Last Stop

 

Robot kateqoriyası üzrə
I Yer
İkram Qabıyev(layihə rəhbəri – Sevda Əlizadə) - Bakı, Ankara məktəb liseyi - Mars Robot
II Yer
Malik Haqverdiyev, Aqil Əliyev(layihə rəhbəri – Tamer Taşcı) - Bakı, Nərimanov İstək Liseyi - Smart and Secure Home
Səbinə Nadirli, Rasimə Hüseynli(layihə rəhbəri –ElnurAbdullayev)-Bakı, Gənclik İstək Liseyi - GünəBaxan
III Yer
İsmayıl Eyyublu, Həsən Tağıyev(layihə rəhbəri – ElməddinMusayev) - Ağdaş İstək Liseyi - Oyaq Sükan
Səməd Abbasov(layihə rəhbəri – Sakit Rəcəbov) - Gəncə İstək Liseyi - Masaüstü Tennis
Turan Qasımov(layihə rəhbəri – Sakit Rəcəbov)- Gəncə İstək Liseyi - RevoSaat

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !