Xumar Kazımlının 5 gün davam edən fərdi rəsm sərgisi keçirildi - FOTO

Xumar Kazımlının 5 gün davam edən fərdi rəsm sərgisi keçirildi FOTO

Samux rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 15 iyun Qurtuluş gününə həsr edilmiş istedadlı gənc rəssam Xumar Kazımlının 5 gün davam edən fərdi rəsm sərgisi keçirildi.
İyunun 10-da Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Samux rayonundakı Heydər Əliyev Mərkəzində Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından vətəndaşları qəbul edib. Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyasına baxıb. Mərkəzdə istedadlı gənc rəssam Xumar Kazımlının fərdi sərgisi ilə tanış olan nazir ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb. Sərgidə nazirlə birgə Samux Rayon İcra hakimiyyəti Başçısı Alı Qocayevdə iştirak edib.
Bundan başqa növbəti gün Samux Rayon Heydər Əliyev Mərkəzinin Rəsm Qalereyasında keçirilən sərginin açıq qapı günündə mərkəzin rəhbəri Aygün Həsənzadə, Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri, gənc rəssam Elçin Cəfərov , ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət 30-dan çox rəsm işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.
Samux Rayon Heydər Əliyev mərkəzinin Direktoru Aygün Həsənzadə ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq belə sərgilərin uşaqların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Gənc rəssam Xumar Kazımlı “Mən çox xoşbəxtəm və çox həyəcanlıyam. Mənə dəstək olduqlarına görə hər kəsə, xüsusən də valideynlərimə təşəkkür edirəm” .

Tədbirdə çıxış edən digər qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Mərkəzin adından gənc rəssama Fəxri Fərman və hədiyyə təqdim edilib.
Onu da qeyd edək ki, Xuram Kazımlı Nizami qızı Samux rayon İnstitut qəsəbəsində yaşayır. Samux rayon İstitut qəsəbə tam orta məktəbin 7- ci sinif şagirdidir. Rəssamlıq Məktəbində təhsil alan gənc rəssam 6 yaşından rəsm çəkməyə başlayıb. Əsasən əsərlərində milli, vətəpərvərlik hisslərini daha çox nümayiş etdirir.
Sərgi 15 iyuna qədər davam etdi.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !