Futbol üzrə Mingəçevir şəhər çempionatı başa çatıb -

Futbol üzrə Mingəçevir şəhər çempionatı başa çatıb

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Mingəçevirdə keçirilən futbol üzrə şəhər birinciliyinin qalibi məlum olub.

AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər gənclər və idman idarəsinin təşəbbüsü ilə Yaşar Məmmədzadə adına şəhər stadionunda keçirilən yarışda müəssisə və təşkilatların komandaları iştirak edib.

Çempionatda 10 komanda iki yarımqrupda mükafat uğrunda mübarizə aparıb. Hər qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanıb. Final görüşündə “İşıqlı gələcək” komandası “Zülfüqar-1” komandasına 2:1 hesabı ilə qalib gələrək birinci yeri tutub.

Qaliblərə gənclər və idman idarəsinin mükafatları - idman geyimləri, kubok və diplomlar təqdim olunub. Şəhər birinciliyində ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu və məhsuldar oyunçulara da diplomlar təqdim edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !