Azərbaycan gəncləri Almaniyada Mədəniyyətlərin festivalı-2016 sərgisində iştirak ediblər -

Azərbaycan gəncləri Almaniyada “Mədəniyyətlərin festivalı-2016” sərgisində iştirak ediblər

Azərbaycanlı gənclər Almaniyanın Magdeburg şəhərində təşkil olunan “Mədəniyyətlərin festivalı-2016” sərgisində iştirak ediblər.
Festivalda ölkəmizi təmsil edən “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev bildirib ki, Almaniyada təhsil alan və işləyən 26 ölkədən olan gənclərin iştirak etdiyi “Mədəniyyətlərin festivalı-2016” tədbirində Azərbaycanla bağlı stend və fotoguşə hazırlanaraq nümayiş olunub. Tədbirdə azərbaycanlı gənclər çıxış edərək ölkəmiz haqqında ətraflı məlumat verib, Azərbaycanın Berlindəki səfirliyi tərəfindən təqdim olunan maarifləndirici broşur və kitabçaları tədbir iştirakçılarına paylayıblar. Azərbaycanın stendinə baş çəkən iştirakçılar ölkəmizin çay və milli şirniyyatlarına qonaq ediliblər.
Qeyd edək ki, “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyevlə yanaşı daha 4 nəfər azərbaycanlı gənc hal-hazırda Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Otto Van Guericke Magdeburq Universitetində “Beynəlxalq liderlik proqramı” çərçivəsində peşə təhsilinin menecmenti üzrə təhsil alırlar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !